COVID-19 pandemiyasına qarşı könüllü olaraq daim mübarizə aparmalıyıq

COVID-19 pandemiyasına qarşı könüllü olaraq daim mübarizə aparmalıyıq

COVID-19 pandemiyasına qarşı könüllü olaraq daim mübarizə aparmalıyıq 

 

Bugün bütün ölkələr demək olar ki, sosial, iqtisadi və siyasi böhranlara səbəb olan COVID-19 pandemiyası ilə üzləşsə də ona qarşı mübarizə aparılır və minimuma endirilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görülür. Buna baxmayaraq mövcud durum öz növbəsində insanlar üçün çətinliklər yaradır və gündəlik həyat tərzinə təsirsiz ötüşmür.

 

COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə hər bir dövlət, hər bir təşkilat və hər bir vətəndaş birləşərək səfərbər olublar.

 

“Omicron” ştamı meydana çıxdıqdan sonra bu infeksiyaya yoluxanların sayında dünya boyu ciddi artım müşahidə edilir. Son əldə olunan məlumatlardan belə bəlli olur ki, ötən müddət ərzində 331 milyona yaxın şəxs koronavirusa yoluxub, 5,5 milyondan artıq insan bu infeksiyadan həyatını itirib. Ölkəmizdə hal-hazıradək ümumi yoluxanların sayı 626 min, ümumi ölüm sayı isə 8529 nəfərdir.

 

Ümumiyyətlə bu istiqamətdə dövlətimizin apardığı qabalayıcı tədbirləri xüsusilə qeyd etmək lazımdır. Pandemiyanın başlamasından dərhal sonra Azərbaycanda görülən tədbirlər öz səmərəliliyini göstərir. Bundan irəli gəlir ki, Azərbaycan bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır. Real vəziyyət göstərir ki, ölkəmizdə yoluxma sayı sürətlə artarsa, bunun öhdəsindən gəlmək üçün ölkədə bütün imkanlar mövcuddur. Hazırda xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı var, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub.

 

Azərbaycanda dünyanın bir çox ölkələri, o cümlədən Qərb dövlətləri ilə müqayisədə koronavirusla bağlı vəziyyət məqbul səviyyədədir. Ölkəmizdə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə hazırda 10 min çarpayı ayrılıb və hazırda onlardan cəmi 10 faizi doludur.

 

Pandemiyanın endemik xarakter alması üçün ÜST peyvəndləmə prosesinin daha sürətlə getməsinin vacibliyini bəyan edir və qeyd olunur ki, dünya əhalisinin 70 faizinin 2022-ci ilin ortalarına qədər peyvənd olunması strategiyasını müəyyən etsə də, bu hədəfə çatmaq mümkün görünmür. Əsas səbəb koronavirusla bağlı “peyvənd millətçiliyi”nin davam etməsidir.

 

Ölkədə peyvəndləmə prosesi 2021-ci il yanvarın 16-da təsdiqlənmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən həyata keçirilir. Azərbaycanda 2021-ci il yanvarın 18-dən başlayaraq ilk növbədə xüsusi risk qrupuna aid vətəndaşlar və yaşı 65-dən yuxarı olanlar, daha sonra isə müvafiq olaraq yaşı 50-dən, 40-dan, həmin ilin mayın 10-dan başlayaraq isə yaşı 18-dən yuxarı olan şəxslər peyvəndləməyə cəlb edilib. Dünya təcrübəsinə əsaslanaraq bir müddət sonra, ölkədə 2021-ci ilin sentyabrın 7-dən etibarən 16-18 yaşlı yeniyetmələrin, oktyabrın 5-dən isə 12-15 yaşlıların vaksinasiyasına başlanılıb. 2021-ci ilin avqust ayından, həmçinin iki doza vaksinasiyadan 5-6 ay vaxt keçmiş vətəndaşların, xüsusilə də risk qrupuna aid şəxslərin qüvvətləndirici – “buster” doza ilə peyvəndlənməsi ölkənin səhiyyə qurumları tərəfindən tövsiyə edilib.

 

Azərbaycanda COVID-19 əleyhinə aparılan vaksinasiya ilə bağlı son vəziyyət aşağıdakı kimidir:
Vurulan vaksinlərin ümumi sayı: 11 672 089 nəfər
1-ci doza vaksinlərin sayı: 5 200 330 nəfər
2-ci doza vaksinlərin sayı: 4 714 478 nəfər
“Buster” doza vaksinlərin sayı: 1 757 281 nəfər

 

Hər gün sağlam həyata daha da yaxınlaşırıq və əvvəlki çətin dövrləri tədricən geridə qoyuruq və bu mübarizədə qələbənin astanasındayıq. Koronavirusla mübarizədə atacağımız son addım peyvənd olunmaqdır!

 

Ümumiyyətlə bu istiqamətdə dövlətimizin apartıdığı qabalayıcı tədbirlərə dəstək olmaq, biz vətəndaş cəmiyyətinin nümayəndələri qarşısına da böyük vəzifələr qoyur. COVID-19 infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü olaraq daim mübarizə aparmalıyıq.

 

Əldə olunacaq təcrübələrə dayanaraq gələcəkdə də baş verə biləcək bu cür oxşar təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görmək, könüllülərin iştirakı ilə maarifləndirici layihələr həyata keçirmək olduqca vacib və əhəmiyyətlidir.

 

Bu mübarizədə xüsusilə gənclər, dövlət və qeyri-hökümət təşkilatları mütəmade olaraq birgə əməkdaşlığı nəticəsində genişmiqyaslı marifləndirici layihələr keçirməlidir.


Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti
İmaməddin Quliyev

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]