Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər (AZpress.AZ-İ.Rüstəm +FOTO=12)

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər (AZpress.AZ-İ.Rüstəm +FOTO=12)

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər (AZpress.AZ-İ.Rüstəm +FOTO=12)
 

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarətdə iştirak edən Azərbaycan Ağsaqqllar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, professor Elmira Süleymanova, Bayram Yusifov, Tahir Süleymanov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri, millət vəkilləri Ziyad Səmədzadə və Aqiyə Naxçıvanlı, həmçinin Akif Rəfiyev, Arif Həşimov, Misir Mərdanov, İbrahim Quliyev, o cümlədən təşkilatın Aparat rəhbəri Ramin Həsənli və digər rəsmi şəxsləri ölkəmizin azadlığı, xalqımızın xoşbəxt gələcəyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüşlər. Ziyarət zamanı 20 Yanvar faciəsini ümumxalq hüzn günü olmaqla yanaşı, həm də xalqımızın qətiyyətli iradəsinin, sarsılmaz vətənpərvərliyinin bariz göstəricisi kimi dəyərləndirən Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev bu hadisəyə Ulu Öndər Heydər Əliyevin Moskvada göstərdiyi ciddi etirazdan bəhs edib və ilk dəfə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə Ümummili Liderin təşəbbüsü ilə hüquqi-siyasi qiymətin verildiyini vurğulayıb. O qeyd edib ki, biz bu gün qalib xalqın nümayəndələri kimi şəhidlərimizi qürurla ziyarət edirik və əminik ki, bütün şəhidlərimizin ruhu şaddır, çünki uğrunda canlarını fəda etdikləri Vətən torpaqları Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad edilib.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]