Yığmanın heyətində dəyişiklik edilib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Yığmanın heyətində dəyişiklik edilib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Sabah Hollandiyada start götürəcək futzal üzrə növbəti Avropa çempionatında (AÇ-2022) iştirak etmək üçün bu ölkəyə yollanan Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Belə ki, məşq zamanı ciddi zədə alan Manekunu Hadi Əhmədi əvəzləyib.
Yığmanın daha bir üzvü, iki gün öncə COVİD-19-la bağlı verdiyi testi pozitiv çıxdığı üçün qarantinə götürülən Rafael Bilelidən tərar test götürülüb. Bu dəfə testin nəticəsi neqativ çıxdığından onun heyətə qatılmasına icazə verilib. Bu gün yığmamızın COVİD-19-a yoluxan digər üzvü - Eduardo da təkrar test verəcək. Onun da nəticəsi neqativ çıxacağı təqdirdə yenidən heyətə qatılacaq.
Yığmamız AÇ-2022-də ilk matçını yanvarın 22-də Gürcüstana qarşı keçirəcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)