Ana Vətən Partiyasının bir qrup üzvü 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib - FOTO

Ana Vətən Partiyasının bir qrup üzvü 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib - FOTO

Ana Vətən Partiyasının bir qrup fəalı Qan Yaddaşımız olan 20 Yanvar Şəhidlərinin 32 – ci il dönümü ilə əlaqədar Şəhidlərin əziz xatirəsini yad edib, ruhuna dualar oxudular.
 

1990 ci il 20 yanvar hadisəsi Çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu. Bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı Milli Azadlıq və İstiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda canlarından belə keçməyə hazır olduğunu bütün dünyaya sübut etdi. 20 Yanvar 1990 – ci ildə baş verən hadisələr süquta uğrmaqda olan Sovet imperiyasının Xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmən gün 133 dən çox dinc insan xüsusi qəddarlıqla qətlə yetirilməsi, 700 yaxın insanın yaralanması şübhəsiz xalqımız üçün böyük dərd və ağır itki idi. 1990 cı il Yanvarın 19 – dan 20 – nə keçən gecə azğınlaşmış Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan Xalqına qarşı qəddarlıq və misli görünməmiş vəhşilik etdi. Tanklar, zirehli maşınlar Bakı küçələrində qarşılarına keçən hər bir kəsi əzir, insanları amansız atəşə tuturdular. Şəhid olmuş bacı və qardaşlarımız Bakının ən yüksək nöqtələrindən biri olan Şəhidlər Xiyabanında dəfn olunmuşlar. Hər il minlərlə insan buranı ziyarət edir, Vətənin azadlığı uğrunda canından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini yad edirlər.
 

Allah Bütün Şəhidlərimizə rəhmət eləsin. Amin!

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]