Azərişıq ASC-nin Kommunikasiya Strategiyası hazırlanmışdır

Azərişıq ASC-nin Kommunikasiya Strategiyası hazırlanmışdır

Azərbaycan Respublikası Prezidenti tərəfindən "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında"  2017-ci il 4 aprel tarixində 1313 nömrəli fərman imzalanmışdır. Azərişıq ASC-nin əsas prioritetlərindən biri vətəndaşların enerji təchizatı şəbəkəsinə qoşulması prosesini sadələşdirmək və onların olduğu ünvanı tərk etmədən səmərəli şəkildə müraciət etmək imkanını yaratmaq olmuşdur. Bu məqsədlə pandemiya dövründə  hərəkət məhdudiyyəti zamanı sahibkarların online qaydada   Elektron Müraciətlərin  İdarə Olunması Sistemi vasitəsi ilə müraciət etmək imkanlarının olması onların enerji təchizatı şəbəkəsinə qoşulmasını asanlaşdırmışdır.


Belə ki, vətəndaşlar  E-GOV (elektron hökümət portalı), e-service.azerishiq.az saytından onlayn qaydada müraciət etməklə obyektini elektrik enerjisi ilə təmin edə bilər. Eyni zamanda Azərişıq ASC Elektron Hökumət Portalına “Əhali istehlakçılarının ad dəyişdirilməsi”, “Borcun olmaması haqqında arayışın verilməsi” və sairə kimi xidmətləri inteqrasiya etmiş və yaxın zamanlarda bir çox xidmətlərin də inteqrasiyası nəzərdə tutulmuşdur.
 

Azərişıq ASC-nin də təmsil olunduğu Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Elektrik Təchizatı Şəbəkəsinə Qoşulma” üzrə İşçi qrupunun əsas məqsədi ölkədə effektiv biznes mühitini formalaşdırmaq, beynəlxalq reytinqlərdə və enerji əlçatanlığında onun mövqeyini yüksəltməkdir. Bu məqsədlə İşçi qrupu tərəfindən 2022-2025-ci illəri əhatə edən Kommunikasiya Strategiyasının hazırlanması qərara alınmışdır. Həmin qərarın icrası ilə əlaqədar olaraq Azərişıq ASC  beynəlxalq reytinqə sahib olan Deloitte şirkəti ilə əməkdaşlıq edərək elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən Kommunikasiya Strategiyası tərtib etmişdir. Azərişıq ASC-nin Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası maraqlı tərəflərlə əlaqələrin qurulması, internet resurslarının və sosial media hesablarının idarə edilməsi, müsbət imicin formalaşdırılması, Cəmiyyət tərəfindən həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, təbliğat işinin effektiv şəkildə aparılması və kommunikasiya fəaliyyətinin strateji planlaşdırılmasını nəzərdə tutur.


Cəmiyyət tərəfindən həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi istiqamətində mütəmadi olaraq enerji təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar olaraq sahibkarlar ilə  görüşlər, pressturlar keçirilir və yeniliklərlə bağlı məlumatlar verilməkdədir. Eyni zamanda 199 Çağrı Mərkəzində vətəndaş problemlərinin şəffaf şəkildə həll olunması ardıcıllığının təmin olunması məqsədi ilə ticketing sistemi yaradılmışdır. Buda vətəndaş müraciətlərinin aidiyyəti üzrə şöbələrə yönləndirilərək səmərəli şəkildə cavablandırılmasına köməklik göstərir.


Görülən işlərin nəticəsi olaraq bildirmək istəyirik ki, Azərişıq ASC Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  "ASAN Xidmət indeksi" üzrə aparılmış qiymətləndirmədə kommunal xidmətlər arasında birinci yerə layiq görülmüşdür. Aparılmış islahatlar nəticəsində 2021-ci il ərzində onlayn müraciətlərin sayında 2020-ci ilə nisbətdə xeyli artım müşahidə olunmuşdur.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]