Şah Mat Teatrında "Siçanlar və adamlar" tamaşasının premyerası keçiriləcək

Şah Mat Teatrında "Siçanlar və adamlar" tamaşasının premyerası keçiriləcək

Fevralın 22-də Müstəqil Şah Mat Teatrının səhnəsində  Nobel mükafatlı Amerika yazıçısı John Steinbeck-in “Adamlar və siçanlar” pyesi əsasında hazırlanmış  “Siçanlar və adamlar” səhnə əsərinin premyerası olacaq.


Teatrın bədii rəhbəri Mir Qabil Əkbərovun quruluş verdiyi səhnə işində obrazları Anar Bulud, Anar İbrahimov, Orxan Abışov, Fərid Vəliyev, Orxan Bakinskiy, Günel İmanova, Cavid Cavadzadə, Fuad Məmmədov ifa edir.


Xronometrajı  1 saat 10 dəqiqə olan səhnə işinin ssenari müəllifi Mirtalib Həsənov, quruluşçu rəssam Günel İsgəndərova, geyim üzrə rəssam Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Fuad Məmmədovdur.


Absurd janrında qurulan yeni tamaşada işlәdiklәri rançodan qovulan Corc vә Lenni öz xәyallarını gerçәklәşdirmәk üçün növbәti rançoya işlәmәyә yollanırlar. Böyük böhran tәkcә maddi cәhәtdәn deyil, hәm dә  mәnәvi cәhәtdәn bütün işçilәrә tәsir etmiş, onları dәyişərək bir-birindәn asılı tәnha insanlara çevirmişdir. Xәyalları gerçәklәşdirmәk üçün tәk ümid bu tәnhalıqdan qurtulmaqdır , lakin bu "Sizifin tәpәyә daşı tәkbaşına qaldırması" qәdәr çәtin olacaqdır.


Qeyd edək ki, tamaşa 16+ hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından onlayn və ya tamaşa günü teatrın binasından əldə bilərsiniz.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]