Şəhriyar Məmmədyarov Veyk-An-Zeedə ikinci qələbəsini qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Şəhriyar Məmmədyarov Veyk-An-Zeedə ikinci qələbəsini qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Şəhriyar Məmmədyarov Veyk-An-Zeedə ikinci qələbəsini qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Hollandiyanın Veyk-An-Zee şəhərində keçirilən 20-ci kateqoriyalı ənənəvi "Tata Steel Chess" beynəlxalq super şahmat turniri davam edir. Həmyerlimiz Şəhriyar Məmmədyarov da daxil olmaqla 14 qrossmeysterin iştirak etdiyi və dairəvi sistem üzrə keçirilməklə 13 turdan ibarət olacaq bəlli turnirdə sayca 5-ci olan növbəti turun partiyaları da geridə qalıb. Hesabat turu həmyerlimiz Məmmədyarov üçün uğurlu olub. Belə ki, ev sahiblərindən biri olan Yorden Van Forestlə qarşılaşan şahmatçımız qara fiqurlarla oynadığı bu oyunun 44-cü gedişində rəqibini ağ bayraq qaldırmağa məcbur edib. Bu Həmyerlimizin Veyk-An-Zee turnirində ikinci qələbəsi olub. Bundan əvvəl isə Məmmədyarov polşalı Yan-Kşiştof Dudanı məğlub etmişdi.
Beləliklə, geridə qalan 5 turdan sonra hərəyə 3,5 xal toplayan Məmmədyarov, Vidit Santoş Qucarati (Hindistan) və Rixard Rapport (Macarıstan) triosu müvafiq ardıcıllıqla ilk üçlüyü bölüşür.
Qeyd: Bu gün keçiriləcək 6-cı turda isə Məmmədyarov isveçli Nils Qrandeliusla qarşılaşacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]