"Nar"ın dəstəyi ilə ən böyük Azərbaycandilli səsli kitabxana yaradıldı

"Nar"ın dəstəyi ilə ən böyük Azərbaycandilli səsli kitabxana yaradıldı

“Nar”ın dəstəyi ilə “Canli kitab” layihəsi çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından 64 müəllifin 550-dən artıq əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib. Mütaliəyə marağı olan hər kəs müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri “Nar”ın yüksək keyfiyyətli interneti vasitəsilə “Canlı kitab” kanalının “YouTube” səhifəsindən izləyə bilərlər.

Səsli ədəbiyyat kitabxanasının yaradılmasında məqsəd mütaliəni təlqin etmək və kitabları hər kəsə daha əlçatan etməkdir. Eyni zamanda, görmə məhdudiyyətli şəxslərin mütaliəsi üçün imkanlar açmaqdır. İstifadəçilərin rahatlığı və ödənişsiz istifadəsi üçün audiokitabxana “YouTube” platforması üzərindən yaradılıb. Layihə çərçivəsində əsərlərin toplandığı elektron daşıyıcıların görmə məhdudiyyətli şəxslərə paylanması nəzərdə tutulur.

Qeyd edək ki, layihə həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101.1 FM dalğasında, eyni zamanda radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook” səhifələrində canlı yayımlanır.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]