Azərbaycan nümayəndəsinin rəhbərliyində Niderland dövlətinin Avropa Şurası Antidopinq Konvensiyasına uyğunluğu monitorinq edilib

Azərbaycan nümayəndəsinin rəhbərliyində Niderland dövlətinin Avropa Şurası Antidopinq Konvensiyasına uyğunluğu monitorinq edilib

Beynəlxalq müstəvidə antidopinq prosesində aktiv iştirak edən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) bu istiqamətdə öz töhfələrini verməkdə davam edir. AMADA-nın direktoru Şəfəq Hüseynli antidopinq tarixində ilk dəfə dövlətlərin Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunun Monitorinq Qrupuna rəhbərlik edib.


Belə ki, dövlətlərin yerli qanunvericiliyinin və fəaliyyətinin Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunun yoxlanılması çərçivəsində Niderland dövlətində monitorinq həyata keçirilib. Azərbaycan nümayəndəsi,  AMADA-nın direktoru Şəfəq Hüseynlinin rəhbərlik etdiyi monitorinqin nəticələri Avropa Şurası tərəfindən təsdiqlənib.


Qeyd edək ki, ötən ilin sentyabr ayında Niderland ölkəsinin Konvensiyaya uyğunluğunu yoxlamaq məqsədilə Avropa Şurası tərəfindən 7 nəfərdən ibarət qiymətləndirmə qrupu yaradılmışdır. AMADA-nın direktoru Şəfəq Hüseynlinin rəhbərlik etdiyi qrupda  Avropa Şurasının İdman Konvensiyalarının rəhbəri Sophie Kwasny, Avropa Şurasının baş mütəxəssisi Liene Kozlovska, Fransanın antidopinq təşkilatının baş hüquqşünası Floriane Cavel, Polşa antidopinq təşkilatının direktor müavini Hubert Dziudzik, Estoniyanın Mədəniyyət Nazirliyinin baş müşaviri Kaarel Nestor və Böyük Britaniyanadan olan mütəxəssis və məruzəçi Graham Arthur təmsil olunmuşdur. Monitorinq Qrupu Niderlanda qiymətləndirmə səfəri etmiş,  bu ölkənin İdman Nazirliyi, milli antidopinq təşkilatı, Milli Olimpiya Komitəsi, hüquq mühafizə orqanları, milli federasiyalar və idman mübahisələrinin həlli üzrə yaradılmış xüsusi qurumla ikitərəfli görüşlər keçirmiş, onların dopinqlə mübarizə sahəsində fəaliyyətinin Antidopinq Konvensiyasına və Ümumdünya Antidopinq Məcəlləsinə uyğunluğu yoxlamış və səfərin nəticəsi olaraq bir sıra istiqamətlərdə Niderland dövlətinə tövsiyələr verilmişdir.
 

Ötəni ilin dekabrın 14 də isə AMADA-nın direktoru Şəfəq Hüseynli Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunun 54-cü iclasında rəhbərlik etdiyi monitorinq barədə yekun qiymətləndirmə hesabatı ilə çıxış etmişdir. Daha sonra hesabat münasibət bildirilməsi üçün üzv ölkələrə təqdim edilmiş və bütün ölkələr tərəfindən təsdiqlənmişdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]