Azərbaycan yığması Avro-2022-ə məğlubiyyətlə başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan yığması Avro-2022-ə məğlubiyyətlə başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan yığması Avro-2022-ə məğlubiyyətlə başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Holandiyada futzal üzrə keçirilən Avropa çempionatı davam edir. Gürcüstan, İspaniya və Bosniya-Hersoqovina millisi ilə birlikdə çempionatın D qrupunda yer alan Azərbaycan yığması bu gün ilk matçına çıxıb. Təəssüflər olsun ki, Gürcüstan millisi ilə qarşılaşan komandamız məğlubiyyətlə üzləşib - 2:3.
Oyuna gəldikdə, hesabı Vilela açıb. Fineonun ötürməsini forvard dəqiq zərbə ilə qola çevirib. O, 1 dəqiqə sonra cərimə zərbəsindən birbaşa qapıya yol tapmaqla üstünlüyümüzü iki topa çatdırıb. Elisandro 10-cu dəqiqədə fərqi minimuma endirib - 2:1. Bu birinci hissədə vurulan sonuncu qol olub. 26-cı dəqiqədə Fineonun zərbəsini qapıçı son anda kənarlaşdıra bilib. Bundan biir dəqiqə sonra isə topu uzaqlaşdıran zaman komandamız səhvə yol verib. Bundan maksimum yararlanan rəqib hesabı bərabərləşdirə bilib. Çempionatın debütantı sayılan rəqib 32-ci dəqiqədə qapımıza təyin edilən penalti zərbəsindən sonra oyunda ilk dəfə olaraq hesabda irəli çıxıb - 2:3. Penaltini Thales yerinə yetirib. Yeri gəlmişkən, Azərbaycan millisi 6-cı, Gürcüstan yığması isə ilk dəfə AÇ-nın final mərhələsində iştirak edir.

Yığmamızın yer aldığı qrupda bu gün keçiriləcək digər oyunda İspaniya ilə Bosniya-Hersoqovina münasibətlərə aydınlıq gətirməyə çalışacaq. Azərbaycan millisi növbəti matçını yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]