Ağla, qərənfil, ağla

Ağla, qərənfil, ağla

Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32 – ci ildönümünə həsr olunmuş “Ağla, qərənfil, ağla” adlı video görüş keçirilib.

Görüşdə “Yazarlar“ jurnalının baş redaktoru şair və pedaqoq Zaur Ustac, Estoniyadan kitabxanaçı və bu qanlı faciənin şahidi Təranə Mirzağayeva, Yevlax rayon Nizami adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi İnarə Musayeva,həftəsonu məktəbinin müəlliməsi Arzu Rzayeva və məktəbin şagirdləri iştirak ediblər.Qonaqlar Qanlı Yanvar hadisələri haqqında danışıblar və bu hadisənin tariximizdə mühüm rolu olduğunu bildiriblər. Görüşün davamında məktəbin şagirdi Səlim Abbaszadə çəkdiyi qərənfil və qızılgül rəsmlərini görüş iştirakçılarına təqdib edib. Məktəbin şagirdləri Ənvər Ramberq Məmməd Aslanın “Ağla, qərənfil, ağla”, Aida Ramberq Baba Vəziroğlunun “Vətən”, Səlim Abbaszadə Bəxtiyar Vahabzadənin “Şəhidlər”, Həmid Əli isə Xəlil Rza Ulutürkün “Azadlığı istəmirəm zərrə-zərrə, qram- qram!” şeirlərini söyləyiblər.Tədbirin sonunda Zaur Ustac müəllifi olduğu“ İnci qərənfil”şeirini söyləyib.

Tədbirdən sonra şagirdlər Norveçin qarla örtülmüş Nöklevann gölü üzərində qərənfilləri və çəkdikləri rəsmləri sərgiləyiblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]