Akif Ağayev: Masallı voleybolçularının I Liqa yarışlarında növbəti qələbəsi

Akif Ağayev: Masallı voleybolçularının I Liqa yarışlarında növbəti qələbəsi

Akif Ağayev: Masallı voleybolçularının I Liqa yarışlarında növbəti qələbəsi


Komanda qrupda ikinci pilləyə yüksəlib


Yanvarın 23-də kişi voleybolçular arasında 2021/22-ci il mövsümü üzrə Birinci Liqa yarışlarının üçüncü turu keçirilib.
Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlarda rayonumuzu “Masallı” voleybol komandası təmsil edir.
Növbəti turun oyunları “Murov” voleybol klubunun idman zalında keçirilib.
“Masallı” voleybolçuları “Veteranlar” komandası ilə görüşdən qalib ayrılıblar.
Dörd set davam edən matç “Masallı” komandasının üstünlüyü ilə başlayıb və onların 3:1 (25:19, 20:25, 25:19, 25:21) hesablı qələbəsi ilə başa çatıb. “Masallı” bu qələbən sonra xalların sayını 5-ə çatdırıb və qrupda ikinci pilləyə yüksəlib.

 

Beləliklə masallıların mübarizə apardığı “B” qrupundakı turnir cədvəli belədir: “Azərbaycan Ali Hərbi Məktəbi” – 6 xal, “Masallı” – 5, “Ryuqa” – 4, “Veteranlar” – 3, “Aura” – 0.

 

Qeyd edək ki, birincilikdə 10 klub - “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, “Taleh-A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” iki qrupda iki dövrədən ibarət olmaqla mübarizə aparır. Sonra pley-off mərhələsi keçiriləcək.

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]