Ağcabədinin Sarıcalı kəndində 360 şagird yerlik məktəb binası inşa edilib (AZpressAZ -Mais İbrahimov +FOTO=36)

Ağcabədinin Sarıcalı kəndində 360 şagird yerlik məktəb binası inşa edilib (AZpressAZ -Mais İbrahimov +FOTO=36)

Ağcabədinin Sarıcalı kəndində 360 şagird yerlik məktəb binası inşa edilib (AZpressAZ -Mais İbrahimov +FOTO=36)

 

Yanvarın 21-də Ağcabədi rayon şəhid Müşfiq Uluxanov adına Sarıcalı kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik bina istifadəyə verilib. Binanın tikintisi Prezident İlham Əliyevin “Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 4 iyun tarixli Sərəncamına əsasən həyata keçirilib.

 

Qonaqlar öncə Ulu öndər Heydər Əliyevin Ağcabədi rayon İcra Hakimiyyətinin qarşısında ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.

 

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, məktəb binasının açılış mərasimində təhsil nazirinin müşaviri Elnur Nəsibov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon təhsil şöbəsinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, iki mərtəbə və zirzəmidən ibarət yeni məktəb binasında 16 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası, texnologiya kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə, internetlə, lazımi inventar və avadanlıqlarla təmin olunub. Məktəbin həyətində idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, subartezian quyusu qazılıb, abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

 

2021-2022-ci tədris ilində təhsil müəssisəsində 312 şagird, məktəbəhazırlıq qrupunda isə 19 uşaq təhsil prosesinə cəlb olunub. Məktəbdə 31 nəfər pedaqoji işçi çalışır.

 

Qonaqlar məktəbin qarşısında şəhid Müşfiq Uluxanovun büstü önünə gül dəstələri qoyub, sonra təhsil ocağında yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.

 

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]