AzTU-da "Texnofest-2022" festivalının təqdimatı olub - FOTO

AzTU-da "Texnofest-2022" festivalının təqdimatı olub - FOTO

Azərbaycan Texniki Universitetində (AzTU) 2022-ci ildə Azərbaycanda keçiriləcək dünyanın ən böyük aerokosmik və texnologiya festivalı “Texnofest-2022”nin təqdimatı keçirilib.


Tədbirdə çıxış edən AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev festival barədə məlumat verib. Bildirib ki, AzTU "Texnofest-2022" festivalının Azərbaycandakı rəsmi tərəfdaşıdır. Rəşad Əliyev texnologiya sahəsində çalışan, bu sahəyə marağı olan hər kəsi festivalında iştiraka dəvət edib.


Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Texnofest" ofisinin əməliyyat meneceri Zeynəb Babayeva təqdimatla çıxış edib. O, festivalda iştirak qaydaları və şərtlər, müsabiqələr, mükafat fondları və digər məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, festivalda iştirak  etmək istəyənlər bu və digər məlumatları daha ətraflı https://teknofest.az/az/ saytından əldə edə bilərlər.
Sonda iştirakçıların sualları cavablandırılıb.


Qeyd edək ki, “Texnofest-2022” 26-29 may tarixlərində Bakıda “Crystal Hall” və Dənizkənarı Milli Parkda keçiriləcək.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]