YARAT Təhsil proqramı çərçivəsində Azərbaycanda ilk Müasir İncəsənət Məktəbini elan edir (AZpressAZ- B.Əqdəş, +FOTO)

YARAT Təhsil proqramı çərçivəsində Azərbaycanda ilk Müasir İncəsənət Məktəbini elan edir (AZpressAZ- B.Əqdəş, +FOTO)

YARAT Təhsil proqramı çərçivəsində Azərbaycanda ilk Müasir İncəsənət Məktəbini elan edir (AZpressAZ- B.Əqdəş, +FOTO)


YARAT Təhsil proqramı çərçivəsində, Əməkdar rəssam, kurator Sabina Şıxlinskaya ilə birgə Azərbaycanda ilk Müasir İncəsənət Məktəbini elanedirik Məktəbin açılışı YARATın yaradılmasının 10 illiyinə həsr olunur. Birillik kursun yekununda, müasir incəsənətin aşağıdakı sahələri üzrə mütəxəssislərin sertifikatlaşdırılması olacaq:

 

• rəssam
• kurator
• art-menecer
• art-tənqidçi
• tədqiqatçı

 

Layihə həm nəzəri (mühazirələr, müzakirələr, muzey və qalereyalara səfərlər), həm də praktiki hissələrdən (kurs işləri, yekun layihələr, yekun sərgi) ibarətdir. İncəsənət Məktəbinin birinci mərhələsi 6 aylıq intensiv nəzəri proqramdan ibarətdir. Proqram çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən, müasir incəsənətin fotoqrafiya, video, instalyasiya, performans, konseptual rəngkarlıq,
heykəltəraşlıq, kollaj, animasiya və s. kimi janrları üzrə məruzələr keçiriləcək. Həmçinin, bir sıra qalereya, muzey və incəsənət məkanlarında görüşlər və müzakirələr keçiriləcək və bununla da kursun nəzəri aspekti tamamlanacaq. Nəzəri kurs başa çatdıqdan sonra yekun sərgiyə hazırlıq işləri keçiriləcək. Bu mərhələyə sərginin ideya və konsepsiyalarının təqdimatı, tədqiqatların aparılması, müxtəlif materiallar, forma və texnika ilə iş, istehsal prosesi, büdcənin hazırlanması, quraşdırılma, yekun sərginin açılışı daxildir. İllik kurs isə, sərgi çərçivəsində xüsusi təhsil və sosial proqramların həyata keçirilməsi ilə yekunlaşacaq. Dərslər həftədə 3 dəfə, əsasən axşam saatlarında keçiriləcək Abituriyentlərin məktəbə qəbulu müsabiqə əsasında aparılacaq.

 

Müsabiqədə iştirak şərtləri:

• CV (PDF formatında)
• Veb-saytınızdan (əgər varsa) və sosial şəbəkə səhifələrinizdən
(Facebook, Instagram və s.) əlaqə məlumatları
• Portfolio (əgər varsa) – (vizual istiqamətdə iştirak üçün müraciət
edirsinizsə portfolionun olması zəruridir)
• Yazılı materiallar, esselər, məqalələr – (nəzəri istiqamət üzrə
iştirak üçün müraciət edirsinizsə, bu materiallar tələb olunur)
• Bütün iştirakçılar 200-300 sözlük motivasiya məktubu təqdim etməlidirlər
• Yaş həddi: 18-35 yaş

İştirak ödənişsizdir

Müraciətlər 3 fevral tarixinə qədər [email protected] ünvanından
qəbul olunacaq

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]