Cənubi Ukrayna Milli Pedaqoji Universitetinin müəllimi BMA-nın tələbələrinə dərs keçdi (AZpress. İ.Rüstəm, +FOTO=17)

Cənubi Ukrayna Milli Pedaqoji Universitetinin müəllimi BMA-nın tələbələrinə dərs keçdi (AZpress. İ.Rüstəm, +FOTO=17)

Cənubi Ukrayna Milli Pedaqoji Universitetinin müəllimi BMA-nın tələbələrinə dərs keçdi (AZpress. İ.Rüstəm, +FOTO=17)

 


22 yanvar 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında K.D.Uşinski adına Cənubi Ukrayna Milli Pedaqoji Universitetinin nəfəs alətləri üzrə (saksafon) müəllimi Anna Aleksandrova Stepanova BMA-nın tələbələri ilə ustad dərsi keçirdi.

 

Ustad dərslərində müəllim Rauf Muradovun sinfi Bakı Musiqi Akademiyasının l kurs tələbələri Dəniz Abasova, İlkin Məmmədov, Rafət Məmmədov, lll kurs tələbəsi Fəxri Dünyamalıyev iştirak etmişdir. İfaçılar İ.Ştrausun "Popuri valsı", L.Vinçinin Sonata N.1, J.Singelenin "Brilliant fantaziya", E.Bozzanın "Ariya" əsərlərini ifa etdilər.

 

A.Aleksandrova ustad dərsdə gənc musiqiçilərlə ifaçılıq sənətinin sirlərini bölüşmüş, irad və tövsiyələrini də bildirmişdir.

 

Sonda Anna Aleksandrova Xalq artisti, professor Yeganə Axundovanın müşayiətilə dinləyicilərə kiçik konsert də təqdim etdi.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]