Fərid Qayıbov intellektual inkişaf sahəsində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb (AZpress. N.Dilavər, +FOTO=21)

Gənclər və idman naziri Fərid Qayıbov intellektual inkişaf sahəsində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb. Sumqayıt Gənclər Evində keçirilən görüşdə 8 gənclər təşkilatının, eləcə də Sumqayıtda fəaliyyət göstərən gənclər birliklərinin rəhbərləri iştirak ediblər. Fərid Qayıbov öncə Sumqayıt Gənclər Evinin fəaliyyəti ilə tanış olub və burada yaradılmış şəraitlə maraqlanıb.
Görüş zamanı ölkəmizdə gənclərin intellektual hərəkata marağı qeyd olunub, şən və hazırcavablar klublarının rəhbərləri çıxış edərək ölkə xaricində iştirak etdikləri yarışlar, qazandıqları uğurlar barədə məlumat veriblər. Kompüter oyunları sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri hazırda bütün dünyada bu hərəkatın böyük sürətlə inkişaf etdiyini və ölkəmizin də bu proseslərdə fəal təmsil olunduğunu bildiriblər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]