İspaniya – Azərbaycan: Statistika 5:0- İNTİQAM təqdim edir (AZpress.AZ)

İspaniya – Azərbaycan: Statistika 5:0- İNTİQAM təqdim edir (AZpress.AZ)

İspaniya – Azərbaycan: Statistika 5:0- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Hollandiyanın ev sahibliyi etdiyi futzal üzrə Avropa çempionatının final mərhələsində sabah ikinci turun oyunları keçiriləcək. Bu turda Azərbaycan yığması yer aldığı D qrupunda İspaniya ilə qarşılaşacaq. Həmin oyundan öncə Azərbaycan Futzal Federasiyası bu komandalar arasında indiyədək keçirilən oyunların statistikasını açıqlayıb. Məlum olub ki, Azərbaycan və İspaniya millisi indiyə qədər 5 oyunda üz-üzə gəliblər ki, onlardan 3-ü rəsmi, 2-si yoldaşlıq matçı olub. Nəticələr belədir:

22.10.2002. YO. İspaniya – Azərbaycan – 4:3

23.10.2002. YO. İspaniya – Azərbaycan – 6:1

27.02.2011. AÇSO. Azərbaycan – İspaniya – 3:8 /Azərbaycan/

15.09.2016. DÇ. Azərbaycan – İspaniya – 2:4 /Kolumbiya/

04.02.2018. AÇ. Azərbaycan – İspaniya – 0:1 /Sloveniya/.
Topların fərqinə gəlincə, bu qarşılaşmalarda rəqib qapısına 10 qol vuran yığmamız öz qapısından 25 top buraxıb.

Bu göstəricilərə əsasən demək olar ki, sayca 6-cı olacaq qarşıdakı matçın favoriti ispanlardır.
İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]