Agentliyin "1542" Çağrı mərkəzinə 2021-ci il ərzində 179 515 müraciət daxil olub

Agentliyin "1542" Çağrı mərkəzinə 2021-ci il ərzində 179 515 müraciət daxil olub

2021-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 179 515 müraciət daxil olub. Daxil olan müraciətlərin 87 717-si koronavirus, 41 575-i icbari tibbi sığorta, 29 779-u digər məsələlər, 9580-i poliklinik xidmət, 8684-ü əlillik məsələləri və 2180-i psixoloji dəstəklə bağlı olub.

Koronavirusla bağlı xəttə daxil olan müraciətlərin mövzuları aşağıdakı kimi olub:

-  Koronavirus xəstəliyinin gedişatı haqqında məlumatla bağlı - 17 208 müraciət

-  Vaksinasiya ilə bağlı - 26 609 müraciət

-  COVID-19 testinin nəticəsi ilə bağlı - 43 900 müraciət

İcbari tibbi sığorta təminatı ilə bağlı xəttə daxil olan müraciətlərin əksəriyyəti müayinə və müalicə (12 514) və dərman təminatı (7439) barədə olub. 

Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.

Məlumat üçün bildirək ki, ötən ilin noyabr ayından etibarən Çağrı mərkəzinin xətləri yenilənib. Belə ki, hazırda Çağrı mərkəzi 4 yönəldici xətt üzrə xidmət göstərir: icbari tibbi sığorta, əlillik məsələləri, koronavirus və operatorla əlaqə.

Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), koronavirusla bağlı xətti (1542-3), sözügedən xəttin koronavirus xəstəliyinin gedişatı haqqında məlumat əldə edilməsi ilə bağlı alt xətti (1542-3-1), vaksinasiya ilə bağlı alt xətti (1542-3-2), COVID-19 testinin nəticəsi ilə bağlı alt xətti (1542-3-3) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti isə 7/24 fəaliyyət göstərirlər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]