"Xəyanətlə yaşaya bilmərəm. Ya qisas alacam, ya üz çevirib gedəcəm..." Rövşanə Ağasəfqızı "Üzə-düz" - VİDEO

"Xəyanətlə yaşaya bilmərəm. Ya qisas alacam, ya üz çevirib gedəcəm..." Rövşanə Ağasəfqızı "Üzə-düz" - VİDEO

Rövşanə Ağasəfqızı ilə “Üzə-düz” MTV Azərbaycan kanalı


“Anamın ən ağır dönəmində tanrı ilə danışdım. Tanrıdan çox dilədim anamın şəfa tapmasını. Ola bilərdi həmin an bir az Allaha üsyan etdim. Bu bəndəyə xas olan bir şeydir. Mən dedim axı Allaha heç bir zaman asi düşmədim. Ən ağır anımda gəldim övladımı evdə sağlam gördüm, çox ananın telefonuma xəstə övladının şəklini atdığını gördüm ki, lütfən, kömək edin. Onda əlimi tanrıya açdım ki, dedim ilahi, özün bilən məsləhətdir, şükür məsləhətinə. Heç nə demirəm. Mən burda aciz, gücsüzəm. Övlad olaraq çapalayıram, onsuz da mübarizə aparacam amma son nöqtədə sənin qərarın... Verilişdə olanda reklam arası mən hayqırırdım, üsyan edirdim, həkimlərlə danışırdım. Reklamın bitməsinə 1 saniyə qalıb, mən düzəlməliydim, tamaşaçıya ağrı yükləmək kimi bir ixtiyarım yoxdur. O ağrı-acı ilə mən 2 il efir aparmışam. Hətta efiri yarımçıq qoyub qaçmaq istədiyim məqamlar da olub”.
 

“Atamı da itirmişəm, böyük bir qüvvəm getdi. Mənim atamın başıma sığal çəkməyi var idi. Atam mənimçün çox güclü idi. 35 yaşım var idi, o rəhmətə gedəndə... O yaşda da atamın saçıma sığal çəkməsini heç bir sığal əvəz etmədi. Atam çox dünyagörüşlü insan idi, Birinci Qarabağ müharibəsində döyüşüb. Onunla çox gözəl söhbətlərimiz olurdu. O söhbətləri, əlin istiliyini sonradan yaşadığım həyatda ayaqlarıma dayaq verib, dimdik dayandığım dönəmlərdə də heç nə, heç kim əvəz edə bilmədi, əminəm ki bundan sonra da edə bilməz. O başqa bir şey, enerji idi...  ”
 

“Böyük qızım var artıq. Sevgi vacib bir şeydir. Amma mənə görə bir yaşdan sonra o digər yarını tapmaq çətinləşir. Yeri gəldi vurulum, aşiq olum, ay bu mənə votsapda bir şey göndərsin ki, nə gözəlsiniz, nə gözəl gözləriniz var, yox. Qəlbimi fəth etmək çox çətindir. Zamanında fəth olundu... Böyük qızım var, bir azdan ona elçi gələcək. Bu həyatdır, heç vaxt yox deyə bilmərəm. Bəzən Allah elə bir anda qarşına sevgini çıxara bilər ki, təslim ola bilərsən. Nə qədər davam edəcək, o ayrı məsələdir. Amma o həyəcan, içinin döyünməsi... ”
 

“Ölüm və doğum tarixi arasında bir xətt var. O xətti sən necə yaşayırsan, hansı tərzdə yaşayırsan, bu sənə aiddir. Bacar yaxşı yaşa, bacar xoşbəxt ol. Hər şeyi tanrının boynuna yükləmə. Kimsəyə görə həyatını qurban vermə. Mən xəyanətlə yaşaya bilmərəm. Başqa bir qadının yanından mənim yanıma gələcəksə, ya mən qisas alacam mütləq, ya üz çevirib gedəcəm ya da orda da kitabı bağlayacağıq. Xəyanətə qatlaşıb yaşayan qadınlar iqtisadi baxımdan ərlərindən aslıdırlar, uşaq naminə dözür. Təsəvvür edin o qadın nə qədər əzab çəkir, o özünü fəda edir e. Əslində o qadına heykəl qoyulmalıdır. Yəni, özünə hörmət edən qadın əziyyət çəkəcək. Ya da kişi xəyanətini bildirməməlidir. Hansı kişi gəlib deyər ki, xəyanət etmişəm, bu çox gülməli olar. Bir məsələ də var. Mən deyə bilmərəm ki, xəyanət etməyən kişi yoxdur. Ömür boyu bir qadınla yaşayan, həyat yoldaşlarını sevən kişilər də var. Mən özüm isə heç nəyi unutmuram, nə yaxşılığı, nə pisliyi. Xəyanəti də unutmuram. Beynimin bir küncündə ilişib, qalır. Oyatmıram, etsəm, xoşagəlməz varlığa çevrilə bilərəm”.
 

“Qadının nikahı, evi yoxdur amma 5 uşaq dünyaya gətirib. Gəlir televiziyanın qarşısına deyir, mənə kömək edin. Axı o uşaqları yedirtmək, oxutmaq var. Uzaq başı sığınacaq üçün harasa müraciət edə bilərəm. Ailə quranda nikahsız bu addımı atmayın. Nikah sabah boşanmada alimentdir, ev bölgüsüdür. Uşağa məktəbdə lazım olur. Mental dəyərlər üçün lazımdır. Düzdür, indi vətəndaş nikahı ilə yaşayanlar da var, bu normaldır. Nikahsız uşaq üçün gəlib tv-yə kömək istəyirlər axı nə qədər... Həə, ola bilər ki, bir imkanlı şəxs çıxacaq sənə 3, 5 min kömək edəcək, uşağını müalicə edəcək və s. Bununla iş bitmir e. Bir çox verilişlər var ki, bunun üzərindən reytinq yığmaq üçün o qədər şoulaşdırırlar ki... bayağılaşdrırlar. Insanlar da bunu anlamırlar, deyirlər, gedib filan verilişə çıxım, həll olunacaq!”

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]