Məmmədyarov Veyk-An-Zeedə Karlsenlə bacarmadı -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov Veyk-An-Zeedə Karlsenlə bacarmadı -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov Veyk-An-Zeedə Karlsenlə bacarmadı -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Hollandiyanın Veyk-An-Zee şəhərində şahmat üzrə keçirilən və həmyerlimiz Şəhriyar Məmmədyarovun da iştirak etdiyi "Tata Steel Chess" super turnir davam edir. Hazırki dünya çempionu Maqnus Karlsen də daxil olmaqla planetin 14 ən güclü qrossmeysterinin qatıldığı və dairəvi sistem üzrə keçirilməklə 13 turdan ibarət olan bu turnirdə 9-cu tura da yekun vurulub. Hesbat turu Məmmədyarov üçün uğursuz olub. Belə ki, ilk 8 turdan sonra 5,5 xalla yarış cədvəlinə Karlsenlə birlikdə şərikli liderlik edən həmyerlimiz bu dəfə məğlub olmaqla liderliyini itirib. Xatırladaq ki, Məmmədyarov 9-cu turda məhz Karlsenlə qarşılaşıb və oyunun 27-ci gedişində mat olub. Bu Məmmədyarovun Veyk-An-Zeedə ilk məğlubiyyətidir.

Turda baş tutan digər oyunların nəticələri belədir:
Aniş Qiri (Hollandiya) - Samuel Şenklend (ABŞ) - 1:0
Yan-Kşiştof Duda (Polşa) - Andrey Yesipenko (Rusiya) - 0,5:0,5
Yorden Van Forest (Hollandiya) - Danil Dubov (Rusiya) - 0,5:0,5
Nils Qrandelius (İsveç) - Fabiano Karuana (ABŞ) - 0:1
Rixard Rapport (Macarıstan) - Vidit Santoş Qucarati (Hindistan) - 0,5:0,5
Rameşbabu Praqqnandxa (Hindistan) - Sergey Karyakinr (Rusiya) - 0:1.
Turnir cədvəli: Karlsen – 6,5 xal, Qiri - 6, Məmmədyarov, Vidit - hərəyə 5,5, Karyakin, Karuana, Rapport - hərəyə 5, Van Forest, Yesipenko- hərəyə 4,5, Duda - 4, Şenklend, Dubov - hərəyə 3,5, Praqqanandxa – 2,5, Qrandelius – 2.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]