AAYDA və "Azərsu" ASC-nin birgə MƏLUMATI +FOTO=16

AAYDA və "Azərsu" ASC-nin birgə MƏLUMATI +FOTO=16

AAYDA və "Azərsu" ASC-nin birgə MƏLUMATI 

 

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.

 

Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən İbrahimpaşa Dadaşov küçəsində təmir işlərinə start verilib. Təmir işləri küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650 metrlik hissəsində aparılır. Aparılan təmir işləri çərçivəsində hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, piyada səkilərinin bərpa olunması işləri aparılır.

 

Bundan başqa İbrahimpaşa Dadaşov küçəsinin bir hissəsində su və kanalizasiya xətləri istismar müddətini başa vurduğu üçün rəsmi müraciət əsasında və razılaşdırılmış şəkildə “Azərsu” ASC tərəfindən ərazidə qazıntı işləri aparılır. Kommunikasiya xəttlərinin yenilənməsi gələcəkdə sözügedən küçədə örtüyün vaxtından əvvəl zədələnməsini sığortalamış olacaq.

 

Təəssüflər olsun ki, sözügedən küçədə aparılan işlərlə bağlı bir vətəndaş tərəfindən həqiqətə uyğun olmayan video çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Videoda həmin şəxs guya bir tərəfdə qazıntı işlərinin aparıldığını, digər tərəfdən isə asfalt döşəmə işlərinin görüldüyünü qeyd edərək ictimaiyyətə yanlış informasiya çatdırır. Halbuki sözügüdən küçədə yolun hərəkət hissəsində asfalt döşəmə işləri aparılır.

 

Sözügedən video qısa müddət ərzində kütləvi informasiya nümayəndələri, sosial media platformaları istifadəçiləri tərəfindən dəqiqləşdirilmədənqərəzli surətdə təhrif olunmuş məlumat şəklində sosial şəbəkələrdə paylaşılaraq qəsdən dövlət qurumlarının fəaliyyətinə kölgə salmağa xidmət edir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti olaraq bir daha kütləvi informasiya nümayəndələrindən, sosial media platformaları istifadəçilərindən xahiş edirik ki, bu cür rəsmi şəkildə təsdiqini tapmayan və təhrif olunmuş məlumatları paylaşaraq cəmiyyətdə çaşqınlıq yaratmağa çalışan kimliyi və məramı bəlli olmayan şəxslərə dəstək olmayasınız.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]