Rəhman Orxan: Xalq artisti Valeh Kərimovun rejissorluğu ilə Ağdaşda yeni tamaşa (+FOTO=9)

Rəhman Orxan: Xalq artisti Valeh Kərimovun rejissorluğu ilə Ağdaşda yeni tamaşa (+FOTO=9)

Rəhman Orxan: Xalq artisti Valeh Kərimovun rejissorluğu ilə Ağdaşda yeni tamaşa

 

Görkəmli yazıçı İsi Məlikzadənin məşhur "Gəl qohum olaq" əsərini yenidən səhnələşdirmək üçün Ağdaş Regional Mədəniyyət İdarəsi tamaşanın daimi, uğurlu rejissoru olan Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimovu Ağdaşa dəvət edib. Rayonun Xalq Teatrının kollektivi ilə artıq bir müddətdir ki, əsər üzərində yaradıcılıq işi aparan Valeh Kərimov tamaşanın yaxın günlərddə teatrsevərlərə təqdim olunacağını bildirib. Və onu da xüsusilə qeyd edib ki, Teatrın istedadlı, bacarıqlı yaradıcı heyəti var və o, yerli kollektivlə bu tamaşa üzərində xüsusi zövq və həvəslə işləyib.

 

Tamaşada baş rollardan birinin - "Gəncəli balası" prorab Ədalətin obrazını yaratmağı Valeh müəllim öz üzərinə götürüb. Digər rolları istedadlı gənc aktyorlar Camal Xəlilov (Qarakişi), Turanə Şıxəliyeva (Minayə), Şəhla Nəcəfova (Mehriban) və Xanbala Qəniyev (Camal) peşəkarlıqla oynayırlar.

 

Tamaşanın effektli, baxımlı alındığını diqqətə çatdıran rejissor yalnız ağdaşlıları deyil, ətraf rayonlardan olan tamaşaçıları da fevralın ilk günlərində Ağdaş Xalq Teatrının bu uğurlu tamaşasına baxmağa dəvət edir.

 

Uzun illər H.Ərəblinski adına Sumqayıt Dövlət Teatrında çalışaraq, dünya və Azərbaycan dramaturqlarının pyesləri əsasında hazılanmış tamaşalarda yüksək sənətkarlıqla yadda qalan aparıcı rollar oynamış Valeh Kərimov yazıçı İsi Məlikzadənin bu məşhur əsərini rejissor kimi ilk dəfə 30 il əvvəl Bakıda, Sumqayıtda, Ağdamda, daha sonra Gəncədə və Mingəçevirdə səhnələşdirmişdir. Geniş populyarlıq qazanmış tamaşa respublikanın əksər rayonlarına qastrollar zamanı uğurla nümayiş etdirilmişdir. Respublikamızın sərhəd rayonlarında, xüsusilə də hərbi hissələrdə əsgərlər qarşısında göstərilən tamaşa hər zaman böyük maraqla qarşılanmış, döyüşçülərdə şən əhval, xoş ovqat yaratmış, onların mədəni istirahətinə səbəb olmuşdur. Təsadüfi deyil ki, geniş oxucu rəğbəti doğuran tamaşa 2001-ci ildə ekranlaşdırılmış və böyük populyarlıq, geniş tamaşaçı kütləsi qazanmışdır.

Rəhman ORXAN.

 

 

 

 

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]