Sumqayıt Qadın Resurs Mərkəzinin açılışı keçirilib +FOTO=17

Sumqayıt Qadın Resurs Mərkəzinin açılışı keçirilib +FOTO=17

Sumqayıt Qadın Resurs Mərkəzinin açılışı keçirilib 

 

28 yanvar 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Sumqayıt Qadın Resurs Mərkəzinin açılışını edib. Mərkəz qadınların səlahiyyətləndirilməsinə və onların iqtisadi dayanıqlılığının artırılmasına xidmət edəcək, eləcə də gender əsaslı zorakılığa məruz qalmış qadınlara dəstək göstərəcək.

 

Dövlət Komitəsinin sədri Bahar Muradova Qadın Resurs Mərkəzlərinin qadınların iqtisadi imkanlardan yararlanması, sahibkarlıq fəaliyyətinə yönəlməsi və özünüinkişafına böyük töhfə verdiyini vurğulayıb. O, qadınların dəstəklənməsi və iqtisadi səlahiyyətləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdiriləcəyini qeyd edib.

 

USAID-in missiya direktoru Caydev Sinqxin sözlərinə görə USAID Azərbaycan qadınlarına Qadın Resurs Mərkəzində iştirak edə biləcəkləri təlim vasitəsilə mühüm bacarıqları öyrənmək və iqtisadi cəhətdən daha möhkəm olmaq səylərində dəstək verməkdən qürur duyur. O, BMTİP və Dövlət Komitəsindəki tərəfdaşları sayəsində həm də məişət zorakılığı qurbanlarının lazımi yardım əldə etmək məqsədilə müraciət edə biləcəkləri təhlükəsiz məkanın fəaliyyət göstərdiyini bilməkdən məmnun olduğunu bildirib.

 

BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist çıxışında AQUPDK-nın və USAID-in əvəzsiz dəstəyi ilə Azərbaycan qadınlarının görüşə, dəstək ala və peşəkar şəkildə inkişaf edə biləcəyi daha bir təhlükəsiz məkanın yaradılmasına kömək etdikləri üçün sevincli olduğunu qeyd edib: “Qadınlara və qızlara sərmayə qoymaq ailələrə və cəmiyyətlərə çoxsaylı fayda gətirir. Qadınların səlahiyyətləndirilməsinin inkişaf səylərinin mərkəzində saxlanılması həm də insanlar və planetimiz üçün 2030-cu il Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirilməsi üçün ən yaxşı yollardan biridir” deyə o, əlavə edib.

 

Sumqayıtda yerləşən Qadın Resurs Mərkəzi şəhər ərazisində qurulan ilk, USAID-in 2016-cı ildən bəri maliyyələşdirdiyi “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində açılan dördüncü Mərkəzdir. Beləcə, USAID və BMTİP-nin daha öncə Masallı, Zaqatala və Xaçmazda açdığı Mərkəzlər sırasına Sumqayıt da daxil olub.

 

2011-ci ildən bu yana USAID də daxil olmaqla, bir sıra beynəlxalq donorun maliyyə dəstəyi ilə Dövlət Komitəsi və BMTİP tərəfindən Azərbaycanın müxtəlif bölgələrində 14 QRM yaradılmışdır. Ötən 11 il ərzində bu Mərkəzlər qadınların iqtisadi cəhətdən inkişafı üçün perspektivlər yaradan məkan rolunu oynamışdır. Bugünədək 6200-dən çox qadın üçün gender bərabərliyi və iqtisadi hüquqlar, həmçinin biznesin inkişafı, peşə kursları, mühasibat uçotu, maliyyə savadlılığı və kompüter elmləri üzrə ödənişsiz təlimlər keçirilib və 400-dən çox biznes qurulub.

 

2020-ci ildən bəri USAID-in maliyyə dəstəyi ilə bu Mərkəzlərdən doqquzu gender əsaslı və ya məişət zorakılığından əziyyət çəkmiş qadınlara hüquqi və psixoloji yardım təklif edir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]