Azərbaycan – Bosniya və Herseqovina matçının taleyi kimə tapşırılıb? -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan – Bosniya və Herseqovina matçının taleyi kimə tapşırılıb? -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan – Bosniya və Herseqovina matçının taleyi kimə tapşırılıb? -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Hollandiyada futzal üzrə keçirilən və Azərbaycan yığmasının da qatıldığı Avropa çempionatının final mərhələsinin qrup oyunları artıq başa çatmaq üzrədir. Gürcüstan, İspaniya və Bosniya-Hersoqovina millisi ilə birlikdə D qrupunda yer alan Azərbaycan yığması yanvarın 29-da qrupda son matçına çıxacaq. Xatırladaq ki, startda Gürcüstana 2:3 hesabı ilə uduzandan sonra ikinci turda İspaniya ilə sülh bağlayan (2:2) yığmamız son tur çərçivəsində Bosniya-Hersoqovina komandası ilə qarşılaşacaq. Saat 20:30-da Amsterdam şəhərindəki "Ziggo Dome" idman sarayında baş tutacaq oyunu Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka) və Yan Krestadan (Çexiya) ibarət hakimlər briqadası idarə edəcək.
Yeri gəlmişkən, yığmamızın braziliyalı baş məşqçisi Joze Alesio Da Silva bu gün keçirdiyi mətbuat konfransında bidirib ki, son oyuna komanda fərqli heyətlə çıxacaq. Onun sözlərinə görə, COVİD-19-a yoluxduqları üçün ilk iki oyunda komandaya kömək edə bilməyən Qallo və Rövşən Hüseynov son oyunda meydana çıxa biləcək. Əvəzində ilk iki oyunda sarı kartla cəzalandırılan Fineo De Arauje və eləcə də karonovirusa yenicə yoluxan qapıçı Emin Kurdov və Xətai Bağırov meydana çıxa bilməyəcək. Onlarla yaşı,məşqçi Ağakərim Həsənov və həkim Fuad Sadıqov da COVİD-19-a yoluxub və qarantinə götürülüb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]