Alyona Kolesnik Rusiyada qızıl medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Alyona Kolesnik Rusiyada qızıl medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Yanvarın 27-də Rusiyanın Krasnoyarsk şəhərində 2 qat olimpiya çempionu İvan Yarıginin xatirə turnirinə start verilib.Həmin gün qadınlardan ibarət millimizin 2 üzvü - Şahanə Nəzərova (50 kq) və Alyona Kalesnik (59 kq) xalça üzərinə çıxıb. Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, Şəhanə Nəzərova ilk görüşdə rusiyalı Darima Sanjeyevaya minimal fərqlə uduzub - 2:3. Alyona Kolesnik isə startda rusiyalı Yuliya Artışkoya "tuşe" ilə qalib gəlib. Yığmamızın təcrübəli üzvü 1/4 finalda Monqolustan təmsilçisi Şovdur Baatarjavıni isə sonuncu xal prinsipinə əsasən (6:6) üstələyərək yarımfinala yüksəlib. Yarımfinalda Rusiya nümayəndəsi Yuliya Alborova ilə qarşılaşan Kolesnik rəqib üzərində tam üstünlüklə qələbə (14:1) qazanaraq, adını finala yazdırıb.
Kolesnik yanvarın 28-də həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşıb. İlk hissəni rəqib minimal fərqlə öndə başa vursa da, ikinci hissədə əzmkarlıq nümayiş etdirən təmsilçimiz hesabə öz xeyrinə olmaqla 5:3-ə çatdırmaqla yarışın qalibi olub.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


