Yardımlıda 2 fevral-Gənclər gününə həsr olunmuş Gənclik-yeni zəfərlərə doğru tədbir keçirilib (AzpressAZ – Ağaddin Babayev + FOTO=4)

Yardımlıda 2 fevral-Gənclər gününə həsr olunmuş “Gənclik-yeni zəfərlərə doğru” tədbir keçirilib (AzpressAZ – Ağaddin Babayev + FOTO=4)

Yardımlıda 2 fevral-Gənclər gününə həsr olunmuş “Gənclik-yeni zəfərlərə doğru” tədbir keçirilib (AzpressAZ – Ağaddin Babayev + FOTO=4) 

 

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ölkədə elan edilmiş “Gənclər həftəsi” çərçivəsində Yardımlı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Gənclərin Karyera və İnkişaf Mərkəzinin Yardımlı nümayəndəliyinin dəstəyi ilə 2 fevral-Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə “Gənclik-yeni zəfərlərə doğru” adlı tədbir keçirilib.

 

AzpressAZ xəbər verir ki, tədbir iştirakçıları öncə Yardımlı rayonundakı Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra istedadlı gənc rəssamların rəsm əsərlərinə baxış keçirilib, mərkəzin Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey hissəsinə ekskursiya olunub.

 

Tədbir Yardımlı İdman Kompleksində çay süfrəsi ətrafında gənclərlə diskusiya şəklinə davam etdirilib. İdarənin rəis vəzifəsini müvəqqəti icra edən Elbəy Fətəliyev tədbir iştirakçılarını salamlayaraq onları 2 Fevral-Gənclər günü münasibətilə təbrik edib. E. Fətəliyev Yardımlı gənclərinin bundan sonra da doğma rayonun inkişafında və daha da gözəlləşməsində yüksək siyasi fəallıqla iştirak edəcəklərinə əminliyini ifadə edərək onlara ictimai həyatda, təhsildə, idmanda, çalışdıqları digər sahələrdə uğurlar arzulayıb.

 

Daha sonra tədbirdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Əfsanə Məmmədova gəncləri salamlayaraq onları Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun adından təbrik edib, bütün gənclərə çalışdıqları səhələrdə müvəffəqiyyətlər arzulayıb.

 

Tədbirdə həmçinin çıxış edən Gənclərin İnkişaf və Kareyera Mərkəzinin Yardımlı nümayəndəliyinin direktoru Səfail İbişli gənc həmkarlarını bayram münasibətilə təbrik edərək onları bundan sonra da həyata keçirilən tədbir və layihələrdə aktiv şəkildə iştirak etməyə çağırıb.

 

Sonda rayonda gənclər sahəsi üzrə və rayonun ictimai işlərində fəal iştirakına görə fərqlənən gənclər Yardımlı Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif edilib.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]