Lənkəran Dövlət Dram Teatrında “Açıq qapı” günü keçirilib (AzpressAZ – Ağaddin Babayev+FOTO=19)
Bu xəbəri paylaş
Lənkəran Dövlət Dram Teatrında “Açıq qapı” günü keçirilib (AzpressAZ – Ağaddin Babayev+FOTO=19)
Fevralın 6-da Lənkəran Dövlət Dram Teatrında “Açıq qapı” günü keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbir zamanı teatrın aparıcı aktyorlarından Əməkdar artist, Prezident mükafatçısı Sucəddin Mirzəyev, Miraslan Ağayev və Allahverən Babayev məktəb yaşlı tamaşaçıları teatrın foyesində qurulmuş eksponatlarla, 44 günlük Vətən müharibəsində zəfərin qazanılmasında şücaət göstərmiş şəhidlərin qəhrəmanlığını vəsf edən rəsm əsərləri ilə, eləcə də qrim, əlbəsə, geyim və digər yardımçı sexlərlə tanış ediblər.
Bu cür sosial layihələrin mütəmadi olaraq davam etdiriləcəyini bildirən teatrın baş rejissoru Anar Sadıqov “Açıq qapı” günlərinin teatr-tamaşaçı münasibətlərinin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Tədbirdən sonra Tərlan Abdullayevin müəllifi və quruluşçu rejissoru olduğu “Tilsimlənmiş qız” tamaşasına baxış olub.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


















