"The Beatles" qrupunun son konserti IMAX-da - VİDEO

"The Beatles" qrupunun son konserti IMAX-da - VİDEO

Əfsanəvi "The Beatles" qrupu geri qayıdır. Daha dəqiq desək, “Liverpul dördlüyü” ilk olaraq Azərbaycanda yeganə IMAX kinoteatrının ekranlarında görünəcək. Qrupun 1969-cu il yanvarın 30-da Londonun Savile Row damında verdiyi son konserti üç gün ərzində 11, 12 və 13 fevralda yalnız Park Cinema Flame Towers-də nümayiş etdiriləcək.

Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starr bu konsertin sonuncu olacağını heç planlaşdırmırdılar. Buna baxmayaraq, damdakı konsert böyük uğurla keçdi - demək olar ki, bütün yerli sakinlər (çoxsu nahar fasiləsində idi) həmin gün Beatles-ı dinləməyə çıxdılar.

Maraqlıdır ki, bu konsertdən uzun illər keçməsinə baxmayaraq, onun albom versiyası yalnız bu ilin yanvar ayının sonunda işıq üzü görüb. Konsertin kino versiyasını rejissoru Peter Jackson (Üzüklərin Hökmdarı, Hobbit, Kinq Konq) idarə etmişdir.

Biletləri parkcinema.az və iticket.az saytından əldə etmək olar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]