Akif Ağayev: Masallıda "Şuşa - açılan səhərim" adlı tamaşa nümayiş olunub (+FOTO=12)

Akif Ağayev: Masallıda "Şuşa - açılan səhərim" adlı tamaşa nümayiş olunub (+FOTO=12)

Akif Ağayev: Masallıda "Şuşa - açılan səhərim" adlı tamaşa nümayiş olunub 

 

Masallı Xalq Teatrı və Masallı Dövlət Regional Kollecinin kollektivləri Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan olunması ilə əlaqədar bu tarixi-mədəni məkana həsr olunan yeni tamaşa ilə teatr həvəskarları önündə çıxış ediblər.

Tamaşa öncəsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov “Şuşa İli” ilə bağlı həyata keçiriləcək silsilə tədbirlər, layihələr barədə qısaca məlumat verib, bu il 270 illiyi qeyd edilən Şuşa şəhərinin ölkəmizin mədəni həyatındakı müstəsna rolundan danışıb.

Sonra N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində mədəniyyətimizin paytaxtı Şuşa şəhəri və onun ictimai-mədəni həyatından bəhs edən "Şuşa - açılan səhərim" adlı tamaşa nümayiş olunub.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Cəmaləddin Əliyevdir, səhnə quruluşu və musiqi tərtibatı isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir.

 

Akif AĞAYEV,

MASALLI.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]