Yardımlıda "Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizmdən qoruyaq!" mövzusunda seminar keçirilib (AZpressAZ, Ağaddin Babayev + FOTO=4)

Yardımlıda "Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizmdən qoruyaq!" mövzusunda seminar keçirilib (AZpressAZ, Ağaddin Babayev + FOTO=4)

Yardımlıda "Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizmdən qoruyaq!" mövzusunda seminar keçirilib (AZpressAZ, Ağaddin Babayev + FOTO=4)

 

Yardımlı şəhər 4 saylı tam orta məktəbin akt zalında Yardımlı Rayon Gənclər və İdman İdarəsi, Yardımlı Rayon Təhsil Şöbəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

 

AZpress.AZ xəbər verir ki, tədbirdə çıxış edən Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev tədbir iştirakçılarını salamlayaraq ölkədə həyata keçirilən Dövlət Gənclər siyasəti haqqında ətraflı məlumat verib.

 

Daha sonra o, mövzu haqqında fikirlərini bölüşərək bildirib ki, bu gün dini radikalizm və ekstremizmə qarşı ən effektiv mübarizə üsulu kimi yeniyetmə -gənclərin öz milli-mənəvi irsimizə bağlı vətənpərvər vətəndaş kimi yetişməsidir. Natiq həmçinin Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdə canı və qanı ilə mübarizə aparan müxtəlif dini konfessiyaların mənsubları olan soydaşlarımızın bir bayraq, bir ideologiya-"Azərbaycançılıq" ideologiyası ətrafında birləşməsini böyük qürur hissi ilə xatırlayaraq bütün gəncləri dövlətimizin ətrafında sıx birləşməyə səsləyib.

 

Tədbirdə çıxış edən digər natiqlər də ölkədə dövlət-din münasibətlərinin vəhdətimdən, gənc nəslin milli vətənpərvər ruhda böyüməsinin əhəmiyyətindən ətraflı şəkildə söz açıblar.

 

Sonda Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qazandığı zəfərə həsr olunmuş "Azərbaycan naminə" filmi nümayiş olunub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]