Tehranda 40-cı Fəcr Beynəlxalq Teatr Festivalında Akademik Musiqili Teatrın kollektivi alqışlarla qarşılanıb - FOTO

Tehranda 40-cı Fəcr Beynəlxalq Teatr Festivalında Akademik Musiqili Teatrın kollektivi alqışlarla qarşılanıb - FOTO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi İran İslam Respublikasında keçirilən 40-cı Fəcr Beynəlxalq Teatr Festivalında uğurla iştirak edir.


Festival çərçivəsində ötən gün "Bir nəfəs qədər" (S.Qulamovun pyesi əsasında) musiqili dramı iki dəfə nümayiş olunub.


Nüfuzlu beynəlxalq tədbirin tamaşaçıları tərəfindən rəğbətlə qarşılanan tamaşadan öncə Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə qonaqları salamlayıb, səhnə əsəri barədə onlara  dolğun məlumat verib, ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şərəfli qələbədən, şəhidlərimizin şücaətindən, müqəddəs şəhid analarının dastanlara sığmayan qəhrəmanlığından danışıb.


Qeyd edək ki, tamaşanın  ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamovdur.


Tehrandakı Mərkəzi Şəhər Teatrında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyətinin üzvlərini: Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, Nəzrin İsmayılzadə, Samir Qulamov, Səmədzadə Xasiyev, Əli Kərimov və digər iştirakçıları sürəkli alqışlarla qarşılayan tamaşaçılar onlarla xatirə şəkilləri çəkdirib, avtoqraflar alıblar.


Xatırladaq ki, bu gün də festival çərçivəsində  dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşa nümayiş olunacaq. Səhnə əsərinin tərcüməçisi və yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynov bu tamaşa ilə gün ərzində iki dəfə səhnəyə çıxacaq.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]