Azərbaycanda ikinci dəfə İlin Press Fotosu adlı foto müsabiqə keçirilir +FOTO

Azərbaycanda ikinci dəfə “İlin Press Fotosu” adlı foto müsabiqə keçirilir +FOTO

Azərbaycanda ikinci dəfə “İlin Press Fotosu” adlı foto müsabiqə keçirilir 

 

Gilavar Foto Klubu ötən ildən başlayaraq Azərbaycanda “İlin Press Fotosu” adlı yeni layihəyə start verib. Layihə çərçivəsində hər il “Azərbaycan Press Foto” adlı foto müsabiqənin keçirilməsi nəzərdə tutulur.

 

Müsabiqənin keçirilməsində də əsas məqsəd kütləvi informasiya vasitələrində çalışan və sərbəst fəaliyyət göstərən peşəkar fotoqraflar tərəfindən il ərzində çəkilən və mətbuatda yayımlanan ən yaxşı fotoları seçmək və dəyərləndirməkdir.

 

İkinci dəfə keçirilən “Azərbaycan Press Foto 2021” adlanan müsabiqəyə 2021-ci il ərzində çəkilmiş fotolar qəbul olunacaq. Yarışma ilə bağlı bütün təşkilati məsələlər, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarət Gilavar Foto Klubu tərəfindən həyata keçiriləcək. Fotoqrafların işləri peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin şərtləri beynəlxalq foto təşkilatların qayda və prinsiplərinə uyğun şəkildə təşkil olunur.

 

Foto müsabiqə rəqəmsal kateqoriya üzrə 6 mövzu ətrafında keçiriləcək. Mövzular: Xəbər, Gündəlik həyat, Portret, Təbiət, İdman və Mədəniyyət. Xəbər və İdman mövzuları həm tək foto, həm də hekayə fotosu, digər mövzular isə yalnız tək fotodan ibarət olacaq. Qaliblər hər mövzu üzrə seçiləcək: birinci yer, ikinci yer, üçüncü yer. Qalib gələn fotolar arasından “İlin Press Fotosu” seçiləcək.

 

Qeyd edək ki, “Azərbaycan Press Foto 2020” müsabiqəsində fotojurnalist Famil Mahmudbəylinin 44 günlük Vətən müharibəsi zamanı Tərtər rayonunda çəkdiyi foto “İlin Press Fotosu” seçilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]