Lənkəran teatrının truppası Vəfalı Səriyyə tamaşası ilə Lerikdə çıxış edib -AZpress.Az, Ağaddin Babayev-(FOTO=12)

Lənkəran teatrının truppası “Vəfalı Səriyyə” tamaşası ilə Lerikdə çıxış edib -AZpress.Az, Ağaddin Babayev-(FOTO=12)

Lənkəran teatrının truppası “Vəfalı Səriyyə” tamaşası ilə Lerikdə çıxış edib -AZpress.Az, Ağaddin Babayev-(FOTO=12)

 

Fevralın 18-də Lənkəran Dövlət Dram Teatrının truppası Lerikdə qastrol səfərində olub.
Teatrın aktyorları Lerik Şəhər Mədəniyyət Mərkəzinin səhnəsində görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş” tamaşası ilə sənətsevərlər qarşısında çıxış ediblər. Məlumat üçün bildirək ki, bu səhnə əsərində mövcud inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun pozucu təsiri ədib tərəfindən cəsarətlə tənqid olunub.

 

Tamaşadan öncə teatrın direktoru Tofiq Heydərov səhnəyə qalxaraq lerikli tamaşaçılarla Lənkəran sənətçilərinin hər görüşü qarşılıqlı xoş duyğular oyatdığını, tələbkar sənətsevərlər qarşısındakı növbəti çixışı da əsl imtahan kimi dəyərləndirdiyini xüsusi qeyd edib. Natiq bildirib ki, bugünkü görüş bir də onunla əlamətdardır ki, qarşıdan 10 mart-Milli Teatr Günü gəlir:” Mədəniyyət Nazirliyinin tapşırığı ilə biz bu əlamətdar hadisə münasibətilə xüsusi tədbirlər planı müəyyənləşdirmişik. Bu günkü “Sizinlə üz-üzə” adlı görüş-tamaşa da məhz bu qəbildəndir,”-deyə T.Heydərov bildirib.

 

Teatrın ağsaqqal aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Qabil Quliyev də çıxışı zamanı lerikli tamaşaçılara teatr sənətinə göstərdikləri sonsuz diqqətə görə minnətdarlığını çatdıraraq onları bundan sonra da hər görüşdə maraqlı, rəngarəng səhnə əsərləri ilə sevindirəcəklərinə söz verib.

 

Daha sonra Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi C. Cabbarlının “Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş” tamaşası təqdim olunub.
Lerik Rayon İcra Hakimiyyəti strukturlarının, yerli idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin böyük maraqla izlədikləri tamaşada rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün) və Təranə Fərəcova (Hüsniyyə) ifa ediblər.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]