XOCALI-BƏŞƏRİYYƏTƏ QARŞI TARİXİ CİNAYƏT - AZpressAZ (Ağaddin Babayev, Yardımlı, FOTO=4)

“XOCALI-BƏŞƏRİYYƏTƏ QARŞI TARİXİ CİNAYƏT” - AZpressAZ (Ağaddin Babayev, Yardımlı, FOTO=4)

“XOCALI-BƏŞƏRİYYƏTƏ QARŞI TARİXİ CİNAYƏT” - AZpressAZ (Ağaddin Babayev, Yardımlı, FOTO=4) 

 

Yardımlı şəhər 4 saylı tam orta məktəbdə Yardımlı Rayon Gənclər və İdman İdarəsinin və Gənclərin Karyera İnkişaf Mərkəzinin Yardımlı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqrımının otuzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. AZpressAZ xəbər verir ki, “Xocalı-bəşəriyyətə qarşı tarixi cinayət” şüarı ilə keçirilən anım tədbirində Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev, idarənin baş məsləhətçisi Şəhriyar Şəbiyev,Rayon Təhsil Şöbəsinin əməkdaşı Vaqif Əzizov, Gənclərin Karyera İnkişaf Mərkəzinin Yardımlı Nümayəndəliyinin direktoru Səfail İbişli, məktəbin müəllim və şagird heyəti iştirak ediblər.

 

İlk öncə torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızınxatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edənlər natiqlər erməni millətçiləri tərəfindən 200 ildən artıq müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasəti haqqında danışaraq Xocalı soyqırımının bu qanlı siyasətin davamı olduğunu bir daha vurğulayıblar.

 

Çıxış edənlər həmçinin iştirakçılara “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası haqqında ətraflı məlumat verərək onları sosial şəbəkələrdə bu kampaniyada fəal şəkildə iştirak etməyə səsləyiblər.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]