2021-ci il ərzində yerinə yetirilmiş işlər barədə MƏLUMAT

2021-ci il ərzində yerinə yetirilmiş işlər barədə MƏLUMAT

2021-ci il ərzində yerinə yetirilmiş işlər barədə MƏLUMAT 

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci il ərzində 728.3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.
Bura daxildir:
Respublika əhəmiyyətli - 128.4 km;
Yerli əhəmiyyətli - 425 km;
Bakı şəhər yolları - 174.9 km.
Bunlardan 606.8 km investisiya vəsaiti hesabına, 121.5 km isə “Avtomobil Yolları” Məqsədli Büdcə vəsaiti hesabına yerinə yetirilmişdir.

 

2021-ci il ərzində 10 yeni körpünün (İsmayıllı rayonu ərazisində 4, “Zəfər Yolu" üzərində 5, Ağcabədi rayonu ərazisində 1), Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3,6 km-də uzunluğu 76,7 m olan və Ziya Bünyadov prospektində uzunluğu 90 metr olan yeni yerüstü piyada keçidlərinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir.

 

2021-ci il ərzində 17 kəndlərarası avtomobil yolları layihəsindən uzunluğu 207,4 km təşkil edən 12 layihənin icrası başa çatmış, tikintisinə ilkin vəsait ayrılmış uzunluğu 167 km təşkil edən 5 layihə üzrə işlər isə davam etdirilmişdir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61,7 km uzunluğunda 10 kənd yolunun yenidənqurulması işləri həyata keçirilmişdir. Yevlax rayonunda – 7,6 km, Şəki rayonunda – 11,4 km, Ucar rayonunda –6,9 km, Zərdab rayonunda - 25,6 km və Ağcabədi rayonunda – 10,2 km uzunluğa malik kənd yolu.

 

Şamaxı rayonunda 45,4 km, Naftalan şəhərində 16,9 km uzunluğunda daxili yollarının yenidən qurulması və əsaslı təmiri işləri başa çatdırılmışdır.
Bakı şəhəri və onun 12 rayonunda 123,1 km investisiya vəsaiti hesabına, 51,8 km isə “Avtomobil Yolları” Məqsədli Büdcə vəsaiti hesabına 174,9 km uzunluğunda şəhər və qəsəbə daxili avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri də başa çatdırılmışdır:
- Xəzər rayonu - 29.2 km;
- Suraxanı rayonu - 24.6 km;
- Binəqədi rayonu - 21.9 km;
- Sabunçu rayonu - 21.78 km;
- Xətai rayonu - 14.56 km;
- Nərimanov rayonu - 13.3 km;
- Qaradağ rayonu - 11.43 km;
- Səbail rayonu - 9.51 km; -
- Yasamal rayonu - 7.16 km;
- Nəsimi rayonu - 6.38 km;
- Nizami rayonu - 6.15 km;
- Pirallahı rayonu - 2 km.

 

2021-ci il ərzində Bakı şəhər yollarında 520,6 min m2 sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilmişdir.

 

2021-ci ildə Vətən müharibəsi dövründə avtomobil yollarına və yol qurğularına dəymiş ziyanın aradan qaldırlıması məqsədilə ayrılmış vəsait hesabına, Goranboy rayonunda 17,7 km, Daşkəsən rayonunda 1,5 km, Naftalan şəhərində 16 km, Tərtər rayonunda 9 km olmaqla ümumilikdə 44,2 km asfalt-beton örtüklü avtomobil yolu və 2 körpü bərpa edilmişdir.

 

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tərəfindən 2021-ci il ərzində ümumi uzunluğu 1516.3 km təşkil edən 15 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam etdirilmişdir.

 

Sözügedən yol infrastrukturu layihələrindən ən qürurvericisi, Azərbaycan Respublikasının Prezidenti Birınci Xanımı 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı təməli qoyulan və Şuşa şəhərini işğaldan azad edərkən Rəşadətli Ordumuzun istifadə etdiyi “Zəfər Yolu”nun tikintisidir.

 

Uzunluğu 101 km, 2 hərəkət zolaqlı olan “Zəfər Yolu” olduqca çətin dağlıq-meşəlik ərazidən keçməsinə baxmayaraq, tikintisi 10 ay ərzində başa çatdırılaraq 2021-ci il noyabr ayının 7-də Prezident İlham Əliyev Birinci Xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilərək istifadəyə verilmişdir. Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu km-i Əhmədbəyli kəndindən başlayır, Alxanlı kəndi, Füzuli Hava Limanı, Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Çanaqçı, Sığnaq, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır.

 

2021-ci il yanvar ayının 14-də dövlət başçısı tərəfindən Füzuli rayonunda Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin təməlini də qoyuldu.

 

Füzuli Beynəlxalq Hava limanını da əlaqələndirməklə Şuşa şəhərinə doğru uzanan və uzunluğu 81.6 km olan, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla 2-ci avtomobil yolu yüksək sürət və keyfiyyətlə inşa edilir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-ci ildə başa çatdırılması üçün 2 növbəli şəkildə tikinti işləri icra olunmaqdadır. Bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən götürür yol üzərində körpü və tunellərin tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 19,4 km qısa olacaqdır.

 

Hər bir azərbaycanlı üçün ötən il daha br əlamətdar hadisə sözsüz ki, iki qardaş ölkənin dövlət başçılarının Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyması oldu.

 

123.6 km uzunluğa malik, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla inşa edilən sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonlarıNaxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Bundan başqa yolun regional əhəmiyyəti də olduqca böyükdür.

 

Hal-hazırda Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Yol üzərində körpü və tunellərin inşa edilir. Artıq yolun bəzi hissələrinin asfaltlanması işlərinə də başlanılıb.

 

2021-ci il ərzində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazilərində Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (80.7 km, 4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın avtomobil yolu (72.8 km, 2 hərəkət zolaqlı), Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (726.3 km, 2 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70.4 km, 4 hərəkət zolaqlı), Qubadlı – Eyvazlı avtomobil yolu (28.5 km, 2 hərəkət zolaqlı), Qubadlı - Mahmudlu - Yazıdüzü - Ermənistan sərhədi avtomobil yolu (26.4 km, 2 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayil-Hadrut avtomobil yolu (39.7 km, 4 hərəkət zolaqlı), Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı), Hadrut-Tuğ-Azıx avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı), Bərdə - Ağdam avtomobil yolu (44.5 km, 4 hərəkət zolaqlı), Ağdam-Füzuli avtomobil yolu (64.8 km, 4 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun (22 km, 2 hərəkət zolaqlı) tikintisi işləri uğurla davam etdirilmişdir.

 

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 № li Yol İstismarı” MMC tərəfindən Göygöl rayonundakı Toğanalı kəndindən, Murov dağındakı Ömər aşırımdan keçməklə Kəlbəcər rayonuna gedən yola xidmət göstərmək üçün Kəlbəcərin Çəpli kəndində xüsusi mexanikləşdirimiş yol sahəsi təşkil edilmiş və onun maddi-texniki bazası yeni maşın-mexanizmlər hesabına möhkəmləndirilmişdir. 2021-ci il ərzində Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolunda aparılan lazımı təmir işləri nəticəsində fasiləsiz hərəkət təmin edilmişdir.

 

2021-ci ilin avqust ayının 18-də dövlətimizin başçısı və birinci xanım Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə hərəkətləri təmin edilmiş və bu yolun üzərində Murovdağında inşa olunacaq 11.6 km-lik tunelin təməlinin qoyulması mərasimində iştirak etmişlər. Tunelin tikintisi imkan verəcək ki, Toğanalı- Kəlbəcər avtomobil yolundan bütün il boyu fasiləsiz və təhlükəsiz istifadə edilsin.

 

Dövlət başçısı və birinci xanım bölgəyə səfərləri çərçivəsində uzunluğu 72,8 km olan Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə də tanış oldular. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində alt keçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğundakı tunelin də təməlini qoydu.

 

Digər obyektlərdə də layihələndirmə işləri ilə paralel olaraq, minadan təmizləməklə tikinti işləri davam etdirilir. Möhtərəm cənab Prezident tərəfindən imzalanmış Sərəncama uyğun olaraq, Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi və İşğaldan azad olunmuş ərazilərdə avtomobil yollarının tikintisi və saxlanılmasında istifadə məqsədilə maşın-mexanizmlərin alınması da davam etdirilir.

 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində olduğu kimi respublikamızın digər ərazilərində də əvvəlki illərdə icrasına başlanılan və hazırda da davam edən yol infrastrukturu layihələrimiz var. Bunlar:
- Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun (152 km) tikintisi,
- M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130.15 km),
- Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci km-lik hissəsinin (3 km) və Astaraçay üzərində körpünün tikintisi,
- Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində uzunluğu 23.7 km olan “Xanoba”“Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi,
- Susay-Xınalıq avtomobil yolunun tikintisi ( 34.8 km),
- Sumqayıt-Hacı Zeynalabdin Tağıyev qəsəbəsi (16 km) avtomobil yolunun yenidən qurulması,
- Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun (67.6 km) yenidən qurulması və Ağsu çayı ilə kəsişmədə yeni körpü və tunelin tikintisi,
- Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması (47.2 km),
- Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan uzunluğu 20.5 km yeni avtomobil yolunun tikintisi,
- Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisidir.

 

Qeyd edək ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi, həmçinin M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi 2022-ci ildə yekunlaşdırılması planlaşdırılır.

 

Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər

 

2021-ci il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 924 yol nişanları, 6 927 siqnal dirəkləri, 2352 pm əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 2476,9 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilmişdir.

 

2021-ci il ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnə 618 yol-nəqliyyat hadisəsi baş vermişdir. Bunun nəticəsində 7 803 pm əyrixətli tirlər, 118 pm beton bardür, 129,4 m2 tamet bəzək daşı, 103 m2 asfalt-beton örtük, 208 pm mühafizə çəpərləri, 25 işıq dirəyi, 25 yol nişanı, 7 məlumat lövhəsi, 3 sərnişin dayanacağı, 18 səsboğucu lövhə, 1 hidravlik baryer və mühərriki, 164 m2 alkapon üzlük və 32,5 pm körpü məhəccəri yararsız hala düşmüşdür.

 

Ümumilikdə yol təsərrüfatına 725,8 min manat məbləğində maddi ziyan dəymiş, bundan 524,8 min manatı (72,3 %) ödənilmişdir. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, səbəkarları məlum olan və sığortaları olan yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunmuş, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunmuş, 69 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunmuşdur.

 

Ekologiya və yaşıllaşdırma

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 3424 km avtomobil yollarının təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 656 229 ədəd müxtəlif növ ağac və kol bitkisi mövcuddur.

 

Avtomobil yollarının təhkim zolağında 2019-2020-ci illərdə 193 886 ədəd, 2021-ci ildə isə 143 548 ədəd, ümumilikdə 562.4 hektar ərazidə 337 434 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilmişdir.

 

Agentlik tərəfindən Bakı şəhərində 138.4 hektar yaşıllıq sahəsinə, o cümlədən 17.5 hektar qazon sahəsinə, 123 163 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərilir.

 

Agentlik tərəfindən 16.82 hektar ərazidə 8 tinglik sahə yaradılıb. İndiyə kimi bu sahələrdə yetişdirilən 255 269 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilmişdir. Hal-hazırda bu tinglik sahələrində 103 023 ədəd ağac və kol bitkisi yetişdirilir.

YOLUNUZ AÇIQ OLSUN...

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]