Xocalı bəşəriyyətə qarşı tarixi cinayət -AZpress.AZ (Ağaddin Babayev, Yardımlı, FOTO=5)

“Xocalı bəşəriyyətə qarşı tarixi cinayət” -AZpress.AZ (Ağaddin Babayev, Yardımlı, FOTO=5)

“Xocalı bəşəriyyətə qarşı tarixi cinayət”-AZpress.AZ (Ağaddin Babayev, Yardımlı, FOTO=5) 

 

Fevralın 23-də N.B.Cəfərov adına Yardımlı rayon Avaş kənd tam orta məktəbində Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqrımının otuzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

AZpressAZ xəbər verir ki, Xocalı bəşəriyyətə qarşı tarixi cinayət” şüarı ilə keçirilən anım tədbirində Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev, idarənin baş məsləhətçisi Şəhriyar Şəbiyev, məktəbin direktoru Rafiq Əliyev və müəllim-şagird heyəti iştirak ediblər.
İlk öncə torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə çıxış edən natiqlər erməni millətçiləri tərəfindən illərlə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasəti haqqında danışaraq Xocalı soyqırımının bu qanlı siyasətin davamı olmasını bir daha faktlarla təstiqləyiblər. Çıxış edənlər həmçinin Dövlətimizin başçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun işğal altında olan əzəli və əbədi torpaqlarımızı düşmən tapdağından azad edilməsindən və işğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərindən də ətraflı danışıblar.
Çıxış edənlər gənclərə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası haqqında ətraflı məlumat verərək onları sosial şəbəkələrdə bu kampaniyada fəal şəkildə iştirak etməyə səsləyiblər.
Sonda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış “Xocalı bir millətin kədəri” sənədli filmi nümayiş etdirilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]