Xocalı soyqrımının 30 illiyinə həsr olunmuş Unutmarıq adlı tədbir keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=12)

Xocalı soyqrımının 30 illiyinə həsr olunmuş “Unutmarıq” adlı tədbir keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=12)

Xocalı soyqrımının 30 illiyinə həsr olunmuş “Unutmarıq” adlı tədbir keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=12)

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 23 fevral 2022-ci il tarixində yaxın keçmişimizin ən dəhşətli faciələrindən olan Xocalı soyqrımının 30 illiyinə həsr olunmuş “Unutmarıq” adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

 

Tədbiri giriş sözü ilə muzeyin direktoru,əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq hər kəsi salamladı, Xocalı faciəsi haqqında məlumat verdi. Daha sonra tədbiri muzeyin əməkdaşı Xanalıyeva Türkan davam etdirdi. Qonaqlardan Xocalı faciəsinin canlı şahidi olmuş, “Erməni zindanında 8 gün” kitabının müəllifi, Dürdanə Ağayeva əsirlikdə olduğu müddətdə başına gələn hadisələrdən danışdı. Bundan başqa Xocalı sakinləri Elşad Ağayev,Sevda Kərimova, Mürvət Məmmədov,Vərziyar Əliyeva və İman Allahverdiyev faciə zamanı şahid olduqları erməni terrorizminin dəhşətlərindən söhbət açdılar.

 

Tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış Xocalı hadisələrini əks etdirən videoçarx nümayiş olundu. Daha sonra tədbir Xocalı şəhidlərinin xatirəsinə ithaf olunmuş kompozisiya ilə davam etdirildi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrı Azad Nəsibli tarda, pianoda Seymur Muradovun müşayəti ilə Süleyman Ələsgərovun “Qərənfil”, “kamança və simfonik orkestr üçün konsert” ”kompozisiyası, Azərbaycan Milli Konservatoriyasının 2-ci kurs tələbəsi Vüsalə Teymurzadənin ifasında Tofiq Quliyevin “Qəmgin mahnı”, 4 saylı Bakı Dövlət Peşə Liseyinin tələbəsi Rafiq Ağayevin ifasında S.Ələsgərov “Vətənimdir” mahnısı , Əli Vahidovun ifasında “Qanlı küçə prelüdiyası” səsləndirildi.

 

Tədbirdə gənclər, muzey əməkdaşları və media nümayəndələri iştirak etdilər. Sonda qonaqlarla birgə xatirə şəkilləri çəkildi.

 

Tədbir Covid-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olundu və həmçinin sanitar –gigiyenik qaydalara əməl edildi.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]