Lənkəranda YAP ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib – AZpressAZ (Ağaddin Babayev, FOTO=15)

Lənkəranda YAP ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib – AZpressAZ (Ağaddin Babayev, FOTO=15)

Lənkəranda YAP ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib – AZpressAZ (Ağaddin Babayev, FOTO=15)

 

Fevralın 24-də Yeni Azərbaycan Partiyası Lənkəran Dövlət Dram Teatrının ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiaysının qurucusu, Ümumilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş eloğlularımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Daha sonra teatr ilk ərazi partiya təşkilatının sədri Naçiq Ağayev partiyanın yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolundan danışaraq, hesabat dövründə görülmüş işlərdən bəhs edib.

 

Onun sözlərinə görə, ötən dövr ərzində partiyanın qurucusu, ümummilli lider Heydər Əliyev ideyalarının yaşadılması, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi sahələrində əldə olunan nailiyyətlərinin ictimaiyyət arasında geniş təbliğ edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Eyni zamanda YAP-ın proqram və prinsiplərinin təbliği, partiya sıralarının genişləndirilməsi məsələlərinə də xüsusi önəm verilib.

Ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti qənaətbəxş qiymətləndirilib və daha sonra təşkilati məsələlərə baxılıb. Namiq Ağayev yekdil səslə yenidən YAP teatr ərazi ilk partiya təşkilatının sədri, Səyyad Əliyev isə sədrin müavini seçilib.

 

N.Ağayev ona göstərilən etimadı yüksək dəyərləndirərək partiyanın işinin canlandırılmasından ötrü bundan sonra da əlindən gələni əsəirgəməyəcəyini bildirib.

 

Tədbirdə çıxış edən YAP Lənkəran şəhər təşkilatının nümayəndələri Yalçın Əliyev və Tural Babazadə partiyanın VII Qurultayından bəhs edərək yeni Nizamnamə və proqramın, eləcə də struktur dəyişikliklərinin partiyanın gələcək inkişafına əsaslı zəmin yaratdığını qeyd etməklə ərazi partiya təşkilatının sistemli və keyfiyyətli fəaliyyət göstərməsi üçün tövsiyyələrini veriblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]