BƏŞƏRİYYƏTƏ QARŞI TARİXİ CİNAYƏT (AZpress.AZ, Yardımlı, Ağaddin Babayev (FOTO=7)

BƏŞƏRİYYƏTƏ QARŞI TARİXİ CİNAYƏT (AZpress.AZ, Yardımlı, Ağaddin Babayev (FOTO=7)

BƏŞƏRİYYƏTƏ QARŞI TARİXİ CİNAYƏT(AZpress.AZ, Yardımlı, Ağaddin Babayev (FOTO=7) 


Yardımlı gəncləri Xocalı soyqırımı qurbanlarını andılar

 

Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzində Rayon İcra Hakimiyyətinin dəstəyi,Yardımlı Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqrımının otuzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

AZpress.AZ xəbər verir ki, “Xocalı bəşəriyyətə qarşı tarixi cinayət” şüarı ilə keçirilən anım tədbirində Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahlar Əliyev, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev, Rayon Təhsil Şöbəsinin əməkdaşı Bəhruz Ağayev, DAİM-in gənc əməkdaşları və Bozayran kənd tam orta məktəbin müəllim-şagird heyəti iştirak ediblər.
İlk öncə torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə səslənən çıxışlarda erməni millətçiləri tərəfindən XX əsrin əvvələrindən başlayaraq xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasəti haqqında danışılıb və Xocalı soyqırımının bu qanlı siyasətin davamı olması bir daha vurğulanıb. Həmçinin çıxış edənlər Dövlətimizin başçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun işğal altında olan əzəli və əbədi torpaqlarımızı düşmən tapdağından azad etməsindən və işğaldan azad edilmiş ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərindən ətraflı danışıblar.

 

Elbəy Fətəliyev çıxışında gənclərə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası haqqında ətraflı məlumat verərək onları sosial şəbəkələrdə bu kampaniyada fəal şəkildə iştirak etməyə səsləyib.
Sonda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış “Xocalı bir millətin kədəri” sənədli filminə baxış keçirilib.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]