ADU-nun tələbələri MEK-ə ekskursiya ediblər +FOTO=2

ADU-nun tələbələri MEK-ə ekskursiya ediblər +FOTO=2

ADU-nun tələbələri MEK-ə ekskursiya ediblər 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda istehsalat təcrübəsi keçən Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin dördüncü kurs tələbələri Mərkəzi Elmi Kitabxanaya (MEK) ekskursiya ediblər.

 

Ekskursiyaya oxucu qeydiyyatından başlayan tələbələri MEK-in Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova kitabxana haqqında ətraflı məlumatlandırıb. Daha sonra tələbələr “Akademiklər” zalında müxtəlif ölkələrin nümayəndələri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlərə baxıb, Sərgi salonu, AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereya, oxu və konfrans zalları, “Nadir və qiymətli nəşrlər” şöbəsi, həmçinin kitab fondları ilə tanış olublar.

 

Tələbələr Azərbaycan kitabxana sistemində ilk olan “Qarabağ müharibəsi qəhrəmanları” fondunda olarkən Ulu öndər Heydər Əliyevin, Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərindən ibarət guşələrə baxıb, burada sərgilənən dəyərli nəşrlərə nəzər yetirib, həmçinin “Zəfər Memarları”, “Biz Qalib Xalqıq!”, “Qarabağ Azərbaycandır!” başlıqlı stendlərlə tanış olublar.
Qeyd edək ki, bu cür ekskursiyaların təşkili gənc nəsildə mütaliəyə, kitaba və ənənəvi kitabxanaya olan marağını artırır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]