Sumqayıt Dövlət Dram Teatrında Xocalı qətliamı ilə bağlı Missiya tamaşası göstərildi +FOTO=9

Sumqayıt Dövlət Dram Teatrında Xocalı qətliamı ilə bağlı “Missiya” tamaşası göstərildi +FOTO=9

Sumqayıt Dövlət Dram Teatrında Xocalı qətliamı ilə bağlı “Missiya” tamaşası göstərildi
 

Öncə Sumqayıt Dövlət Dram Teatrının direktoru Əməkdar artist Mübariz Həmidov çıxış edərək bildirdi ki, Sumqayıt Dövlət Dram Teatrı hər zaman taleyüklü tarixi məqamlarla bağlı əsərlərə öz repertuarında geniş yer ayırıb. Bugün Xocalı qətliamının 30-cu ildönümündə də kollektiv "Missiya" tamaşası ilə münasibət bildirir. Direktor Xocalı faciəsindəki itkilərlə bağlı məqamları dilə gətirdi və qeyd etdi ki, Müqəddəs Vətən müharibəsində qazanılan Zəfər sayəsində Şəhidlərin qisası alındı.

 

Müəllif Hafiz Ataxanlı söylədi ki, vətənpərvərlik ruhu aşılayan, milli mücadilə yolunu, döyüş salnaməsini əks etdirən əsərlər gənc nəslin formalaşmasında, eyni zamanda tarixi anların yaddaşlara həkk olunmasında önəmli rol oynayır. Buna görə də hər bir səhnə əsəri tarixi gerçəklikləri özündə ehtiva edir. Həmçinin çıxışlarda qeyd olundu ki, 44 günlük müqəddəs Vətən müharibəsində qazanılan böyük Zəfər torpaq uğrunnda canıını fəda etmiş igidlərin ruhunu toxtaddı..

 

Sonra tamaşa nümayiş olundu. Şuşa fatehlərindən olan Xüsusi Təyinatlı dəstənin zabiti Mübariz Eyvazovun komaya düşməsi və ruhlar aləmində 1992-ci ildə Şuşa ətrafında Şəhid olmuş atası ilə görüşməsi əsərin sujet xəttini təşkil edir. Zabit komadan ayılarkən Ali Baş Komandan İlham Əliyevin “Əziz Şuşa, sən azadsan” səsini və küçədəki sevinc nidalarını eşidir.

 

Hafiz Ataxanlının qələmə aldığı əsərin quruluşu teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmova məxsusdur. Quruluşçu rəssam Elşən Sərxanoğludur. Rollarda Əməkdar artist Rauf Ağakişiyev, aktyorlar Oktay Mehdiyev, Şəmistan Süleymanlı, Habil Xanlarov, Dağlar Rüstəmov, Yalçın Səlimov, Aynur Hümmətova, Ceyhun Məhərrəmov, Rövşən Əsgərov, Etibar Əmirov, Rövşad İlyasov və Ramazan Xanlarov çıxış edirlər.

 

Qeyd edək ki, tamaşaya Şəhid ailələri, Qazilər, Xocalı sakinləri və şəhər ziyalıları dəvət olunmuşdu.
Tamaşa kövrəlmiş insanların alqışları ilə qarşılandı.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]