Massaçusets Texnologiya İnstitutunun (MIT) məzunu UNEC-də dekan təyin olundu

Massaçusets Texnologiya İnstitutunun (MIT) məzunu UNEC-də dekan təyin olundu

UNEC-də Beynəlxalq İqtisad Məktəbinin (İSE) direktoru vəzifəsinə yeni təyinat olub. UNEC rektorunun əmri ilə ingilis dilli fakültə olan İSE-yə Ramil Quluzadə rəhbərlik edəcək.

UNEC-in rektoru professor Ədalət Muradov yeni təyin olunmuş dekanı fakültə kollektivinə təqdim edib. Görüşdə Beynəlxalq İqtisad Məktəbində görülən işlər və qarşıya qoyulan hədəflərdən söz açılıb. Fakültənin fəaliyyətinin daha da yaxşılaşdırılması, təhsilin keyfiyyətinin dünya universitetləri səviyyəsinə qaldırılması ilə bağlı təkliflər səsləndirilib.

Ramil Quluzadə ona göstərilən yüksək etimada görə universitet rəhbərliyinə təşəkkür edib. Beynəlxalq İqtisadiyyat Məktəbinin yalnız Azərbaycanda deyil, ölkəmizdən kənarda da nüfuzunun daha da yüksəldilməsi məqsədilə böyük əzmlə çalışacağını bildirib.

Ramil Quluzadə haqqında.

25 iyul 1987-ci ildə Bakı şəhərində anadan olub.

2004-cü ildə 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü liseyi bitirib.
2004-2008-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ümumi İqtisadiyyat fakültəsində bakalavr təhsili alıb və fərqlənmə diplomu ilə məzun olub.

2008-2009-cu illərdə hərbi xidmətdə olub.

2016-2018-ci illərdə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda (Massachusetts Institute of Technology, USA) "Biznesin idarə edilməsi" (Master of Business Administration) ixtisası üzrə magistr təhsili alıb.

2018-2019-cu illərdə ABŞ-da yerləşən müxtəlif texnologiya şirkətlərində əmək fəaliyyətini davam etdirib.

2020-2021-ci illərdə Xəzər Universitetinin MBA departamentinin direktoru olub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]