BDU-nun rektoru Elçin Babayev qazaxıstanlı tələbələrlə görüşüb

BDU-nun rektoru Elçin Babayev qazaxıstanlı tələbələrlə görüşüb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev yaz semestrində BDU-da təhsil alan Qazaxıstan Respublikasının Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin (XDTMU) tələbələri ilə görüşüb.


Rektor Elçin Babayev qazaxıstanlı tələbələrə ölkənin ən böyük ali məktəbi olan BDU haqqında geniş məlumat verib, onlara təhsillərində uğurlar arzulayıb. BDU-nun rektoru həmçinin tələbələrin yaşayış şəraiti, təhsili, qidalanması ilə maraqlanıb, onlara universitetin ictimai həyatında aktiv iştirak etməyi tövsiyə edib.  


Qeyd edək ki, XDTMU-nun 4 tələbəsi martın 1-dən yaz semestrinin sonunadək BDU-da təhsil alacaq. Bu, BDU ilə XDTMU arasında 2018-ci il 5 may tarixində bağlanmış əməkdaşlıq memorandumuna əsasında həyata keçirilir.


XDTMU-nun hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri - Akjunis Tolemis və Zahid Talıbov BDU-nun Hüquq fakültəsində ailə hüququ, dəniz və enerji hüququ dərslərində iştirak edəcəklər.


XDTMU-nun riyaziyyat müəllimliyi (ingilis bölməsi) ixtisası üzrə təhsil alan tələbələri - Qalımjan Saktaqanov və Bayırjan Kuanşbekuli isə BDU-nun Mexanika-riyaziyyat fakültəsində funksional analiz, diskret riyaziyyat, riyazi məntiq dərslərinə qatılacaqlar.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]