UNEC ilə Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb - FOTO

UNEC ilə Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb - FOTO

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə memorandumun imzalanması məqsədilə tədbir keçirilib.


Tədbirdə UNEC rektoru professor Ədalət Muradov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin Sədri Mustafa Abbasbəyli, universitetin struktur rəhbərləri, agentliyin nümayəndələri və tələbələr iştirak ediblər.


Rektor Ədalət Muradov universitetlərin peşəkar təhsil sahəsində artıq öz monopoliyasını itirdiklərini, diplomlara isə getdikcə tələbin azaldığını, onların bilik, vərdiş və bacarıq göstəricisi kimi tədricən dəyərdən düşdüyünü, universitet modelinin tamamilə yenidən qurulmalı olduğunu diqqətə çatdırıb. Digər çox ciddi problemin isə rəqəmsallaşma dövründə nüfuzlu texnoloji şirkətlərin mövcud universitetlərin rəqabətqabiliyyətli rəqiblərinə çevrilməsi olduğunu vurğulayıb.


Məzunların işlə təmin olunmasının universitetin əsas hədəflərindən biri olduğunu deyən rektor, məzunların keyfiyyətinə görə UNEC-in məsuliyyəti öz üzərində saxladığını bildirib: “İşə götürmək üçün işəgötürənin keçirdiyi müsahibədə UNEC tələbəsinin aşkarlanmış zəif bilik və bacarıqları o, universiteti bitirənə qədər UNEC tərəfindən aradan qaldırılır. Bunun üçün müsahibə keçirən işəgötürənin bu haqda məlumat verməsi yetərlidir”.  Rektor Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından əminliyini ifadə edib.


Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli əmək bazarının mahiyyətindən və əmək bazarında işçi qüvvəsinə olan tələblərdən bəhs edib. Məşğulluğun təmin olunmasında ən dayanıqlı alətin təhsil olduğunu deyən M.Abbasbəyli ixtisasla yanaşı, peşə bacarıqlarına yiyələnməyin vacibliyini diqqətə çatdırıb. O, Agentliyin qarşısında duran vəzifələrdən birinin məhz təhsil müəssisələri ilə düzgün əməkdaşlığın formalaşdırılmalı olduğunu deyib. UNEC məzunlarının öz bilik və bacarıqları ilə əmək bazarında layiqli yer tutduqlarını diqqətə çatdıran sədr, qarşılıqlı əməkdaşlığın məzunların məşğulluğunun təmin olunmasına yeni töhfələr verəcəyini vurğulayıb.


Sonra hər iki tərəf arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər arasında “UNEC Məzunlarının Məşğulluğu” layihəsinin həyata keçirilməsi, tələbə və məzunların məşğulluq sahəsində maarifləndirilməsi, məşğulluq sahəsində yeni ideyaların formalaşdırılması, müsabiqələrin və birgə layihələrin təşkili, tələbələrin təcrübə proqramlarına cəlb olunması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.ırılması, müsabiqələrin və birgə layihələrin təşkili, tələbələrin təcrübə proqramlarına cəlb olunması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]