Şəhid müəllimin xatirəsinə həsr olunmuş bilik yarışı keçiriləcək

Şəhid müəllimin xatirəsinə həsr olunmuş bilik yarışı keçiriləcək

Aprelin 3-də Vətən müharibəsi şəhidi, riyaziyyat müəllimi  Qoşqar Ömərovun xatirəsinə həsr olunan “Qoşqar – Riyaziyyat və Məntiq” yarışı keçiriləcək.


“Şuşa ili” tədbirlər planı çərçivəsində təşkil olunmuş yarışda orta ümumtəhsil məktəblərinin və liseylərin Azərbaycan bölməsində təhsil alan 5-8-ci sinif şagirdləri iştirak edə bilərlər. Bilik yarışında iştirakçılar 60 dəqiqə ərzində onlara təqdim olunan 30 qapalı sualı cavablandıracaqlar.  Qaliblər “Fəxri fərman” və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.


Şəhid müəllim Ömərov Qoşqar Səxavət oğlu 1994-cü il fevralın 9-da Kürdəmir rayonu Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olub. 2015-ci ildə ADPU-nun Riyaziyyat-informatika müəllimliyi ixtisasının bakalavr pilləsini, 2018-ci ildə AZMİU-nun İnformasiya texnologiyaları ixtisası üzrə magistratura pilləsini bitirib.


2016-cı il “Hədəf Kursları” MMC-nin müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayaraq pedaqoji fəaliyyətə başlayıb. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Masazır kənd 5 nömrəli məktəbdə riyaziyyat müəllimi kimi işə qəbul olunub.


2020-ci il sentyabrın 21-də çağırışla ordu sıralarına qoşulub, sentyabrın 27-də Füzuli cəbhəsində müharibəyə qatılıb. Döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilib.


2020-ci ilin 4 noyabrında Şuşanın Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.


Ali baş komandanın əmri ilə ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.


Allah şəhidlərimizə rəhmət eləsin!
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]