ŞƏRƏFLİ DÖYÜŞ YOLU Akif Ağayev,+FOTO=12 (AZpress.AZ)

“ŞƏRƏFLİ DÖYÜŞ YOLU” Akif Ağayev,+FOTO=12 (AZpress.AZ)

“ŞƏRƏFLİ DÖYÜŞ YOLU” Akif Ağayev,+FOTO=12 (AZpress.AZ)

 

Masallıda tamaşa-kompozisiya nümayiş olunub

 

Masallı Xalq Teatrı kollektivi, Masallı Dövlət Regional Kolleci tələbələri və Şərəfə kənd tam orta məktəbi şagirdlərinin iştirakı ilə teatr kompozisiyası səhnələşdirilib.

 

Pərvanə Ziyadovanın “Şərəfli döyüş yolu" adlı kitabının motivləri əsasında hazırlanmış kompozisiya Masallı rayonunun Şərəfə kəndində dünyaya göz açmış şəhid vətən övladlarının əziz xatirəsinə ithaf olunub.

 

Tamaşa öncəsi ölkəmizin ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.

 

Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən danışıb, şəhidlərimizin xatirəsinin dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdırıb.

 

“Şərəfli döyüş yolu” kitabının müəllifi Pərvanə Ziyadova bildirib ki, kitabda münaqişə başlandığı gündən qələbəyədək olan bir dövrdə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda canından keçən 9 şərəfəli şəhidin ömür yoluna işıq salınmış, eləcə də Şərəfə və Ağakişibəyli kəndlərinin digər qəhrəman övladları haqqında məlumat yer alıb. O, kitabın və bugünki tədbrin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlğını ifadə edib: “Şərəfli döyüş yolu” kitabının əsl müəllifi isə şanlı Ordumuz, düşmən üzərində zəfər çalmış mərd, qorxmaz, igid Azərbarcan əsgəridir...”

 

Çıxışlardan sonra N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində “Şərəfli döyüş yolu" tamaşası nümayiş olunub.

 

Qeyd edək ki, ədəbi-bədii kompozisiyanın quruluşu Cəmaləddin Əliyev və Səbinə İbrahimliyə, səhnə quruluşu və musiqi tərtibatı isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir.

 

Akif AĞAYEV,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]