Lənkəran teatrının bir qrup əməkdaşı Fəxri fərmanla mükafatlandırılıb (AZpress.AZ B.Ağadiin, +FOTO=8)

Lənkəran teatrının bir qrup əməkdaşı Fəxri fərmanla mükafatlandırılıb (AZpress.AZ B.Ağadiin, +FOTO=8)

Lənkəran teatrının bir qrup əməkdaşı Fəxri fərmanla mükafatlandırılıb (AZpress.AZ B.Ağadiin, +FOTO=8)

 

Lənkəran Dövlət Dram Teatrının truppası hələ üç il bundan əvvəl görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə hədiyyə olaraq ədibin “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası hazırlamışdı. Quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayev olan bu səhnə əsəri ötən müddət ərzində respublikamızın onlarla şəhər və rayonunda oynanılmaqla tamaşaçılarda böyük rezonans doğurub.

 

Martın 13-də teatrın rəhbərliyi ilə teatrın bir qrup əməkdaşının görüşü keçirilib. Teatrın direktoru Tofiq Heydərov çıxışı zamanı kollektivdəki yaradıcı mühit, hazırlanan tamaşalar və yeni layihələr haqqında söz açaraq, “Vəfalı Səriyyə” tamaşasının teatra böyük uğur gətirdiyini vurgulayıb. Teatrın rəhbəri məlumat verərək bildirib ki, teatrın aparıcı səhnə ustası, Xalq artisi Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, Səyad Əliyev, Qızılgül Quliyeva, Aynur Əhmədova, Əbülfəz Axundov, Tərlan Abdullayev, Emin Fərzullayev, Miraslan Ağayev, Təranə Fərəcova, Allahverən Babayev, qrim ustası Ədilə Məmmədova və digərləri milli teatr sənətinin inkişafındakı xidmətlərinə, kollektivin ictimai həyatında fəal iştirakına görə və eyni zamanda yubileyləri münasibətilə Mədəniyyət Nazirliyinin və Lənkəran Dövlət Dram Teatrının Fəxri fərmanları ilə mükafatlandırılıblar.

 

Daha sonra mükafatlar sahiblərinə təqdim olunub.

 

Çıxış edən natiqlər onların əməyinə verilmiş diqqətə görə təşəkkürünü bildirərək doğma teatrın bundan sonra da yüksək nailiyyətlərə çatmasından ötrü daha əzmkarlıqla çalışacaqlarına söz veriblər.

Ağaddin BABAYEV,
teatrın ədəbi dram hissə rəhbəri.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]