Özünüməşğulluğumuz üçün ömür boyu öyrənək layihəsi çərçivəsində Göyçay Peşə Hazırlıq Mərkəzində təlimlər keçirilib +FOTO=33

“Özünüməşğulluğumuz üçün ömür boyu öyrənək” layihəsi çərçivəsində “Göyçay Peşə Hazırlıq Mərkəzində təlimlər keçirilib +FOTO=33

“Özünüməşğulluğumuz üçün ömür boyu öyrənək” layihəsi çərçivəsində “Göyçay Peşə Hazırlıq Mərkəzində təlimlər keçirilib

 

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər Fondu və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Özünüməşğulluğumuz üçün ömür boyu öyrənək" adlı layihənin icrasını davam etdirir. Belə ki, layihənin icra planına uyğun olaraq növbəti təlimlər Göyçay Peşə Hazırlıq Mərkəzində seçilmiş gənclər üçün keçirilib.

 

Layihənin gənclərin məşğulluğunun təmin edilməsi və onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi baxımından önəmli olması gənclərin diqqətinə çatdırılmış və sonra isə “Ömür boyu təhsil”, “Ömür boyu öyrənmə”, özünüməşğulluq proqramları, dinamik iqtisadiyyatda çevik peşələrə yiyələnməyin önəmliliyi, Gənclər üçün biznes və məşğulluq imkanları, aqroturizm, həmçinin Sosial sahibkarlıq və yaşıl biznesə necə başlamalı mövzularında təlimlər keçirilmişdir. 2 gün davam edən təlimdə gənclər təcübəli təlimçilər tətəfindən istiqamətlərə uyğun “Peşəkarlar modulu” əsasında təlimlər keçirilmiş, şəxsi səriştələrinin artırılması və gənclərin məşğulluq imkanlarının artırılması üçün onlara uğurlu gənclərin təcrübəsi bölüşülmüş, gələcək məşğulluq imkanları haqqında təqdimatlar edilmiş və onlara maarifləndirici materiallar paylanılmışdır.

 

Təlimlərin sonunda gənclərə Göyçay Peşə Hazırlıq Mərkəzinin fəaliyyət istiqamətləri və gələcəkdə təşkil olunacaq kurslar haqqında ətraflı məlumat verilib, eyni zamanda işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş kurslar haqqında təqdimat edilib.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]