Gömrük Akademiyasında Novruz şənliyi keçirilib - FOTO

Gömrük Akademiyasında Novruz şənliyi keçirilib - FOTO

Dövlət Gömrük Komitəsinin Akademiyasında Novruz bayramı münasibətilə “Yurdumuza bahar gəlir, Zəfərlə Novruz gəlir” adlı geniş bayram tədbiri keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələri iştirak edib. İlk öncə Akademiya rəisi Qulu Novruzov tələbələrin nümayiş etdirdikləri Novruz atributları ilə bəzədilmiş bayram süfrələri ilə tanış olub.


Tədbirin əvvəlində Akademiyanın tələbələrindən ibarət nəfəs alətləri orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə Akademiyanın rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov təbrik nitqi ilə çıxış edərək xalqımız üçün əziz olan Novruz bayramının  tarixi və mədəni əhəmiyyətindən bəhs edib. Qulu Novruzov Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində erməni işğalından azad olunan Qarabağımızda Novruz bayramının qeyd olunmasının böyük mənəvi əhəmiyyətinə də toxunub. O, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin önəmindən söz açaraq milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında gənclərin öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini əminliklə ifadə edib.


Çıxışının sonunda Akademiyanın rəisi öz adından və Dövlət Gömrük Komitəsinin rəhbərliyi adından xalqımızın tarixi qədər qədim və əziz olan Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək, onlara xoş arzularını çatdırıb.


Daha sonra tədbir bədii hissə ilə davam edib. Akademiyanın tələbələrinin ifa etdikləri zövq oxşayan musiqi nömrələri, şeirlər, rəqslər və bir-birindən maraqlı Novruz səhnəcikləri tədbiri daha da rəngarəng edərək iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]